Tenqri
Ana Sayfa
Dünya

Baybolot Abıtov: Novruz qırğız xalqının sülh, birlik və qonaqpərvərlik bayramıdır

Novruzun müxtəlif adları və ənənələri olsa da, kökü birdir. Təbiətin dirçəlişini simvolizə edən bu qədim bayramı qeyd edən xalqlar bu günlərdə böyük bir ailəyə çevrilir. Hər kəs süfrəsini fərqli şəkildə açır, baharı özünəməxsus şəkildə qarşılayır, lakin əsas dəyərlər eynidir – evdə təmizlik, qəlbdə

yaklaşık 4 saat önce0 görüntülemeazertag.az
Baybolot Abıtov: Novruz qırğız xalqının sülh, birlik və qonaqpərvərlik bayramıdır
Paylaş:

Novruzun müxtəlif adları və ənənələri olsa da, kökü birdir. Təbiətin dirçəlişini simvolizə edən bu qədim bayramı qeyd edən xalqlar bu günlərdə böyük bir ailəyə çevrilir. Hər kəs süfrəsini fərqli şəkildə açır, baharı özünəməxsus şəkildə qarşılayır, lakin əsas dəyərlər eynidir – evdə təmizlik, qəlbdə sülh və yaxınlara qayğı. Bu yaz bayramı insanlara köhnə ilin yükünü arxada qoymağa və yenilənmiş dünyaya birlikdə addımlamağa kömək edir Qırğızıstanda Novruz ənənələri haqqında AZƏRTAC-ın müxbirinə Qırğızıstan Respublikasının Oş Dövlət Universitetinin Şərqşünaslıq İnstitutunun professoru, tarix elmləri doktoru Baybolot Abıtov danışıb Onun sözlərinə görə, qırğız xalqının bir sıra ənənəvi bayramları var və onların arasında ən əhəmiyyətlisi Novruzdur. Kökü qədim dövrlərə (e.ə. VII–VI əsrlər) gedib çıxan bu bayram təbiətin yenilənməsini, baharın gəlişini və həyatın yeni mərhələsinin başlanmasını simvolizə edir. 2009-cu ildə Novruz UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilib, 2010-cu ildən isə BMT ona Beynəlxalq gün statusu verib “Mərkəzi Asiyanın ən qədim xalqlarından biri olan qırğızların tarixində Novruz xüsusi yer tutur. Qədim Çin mənbələrinə və akademik Vasili Bartoldun tədqiqatlarına görə, qırğızların əcdadları ilin başlanmasını mart ayı ilə, yəni yaz gecə-gündüz bərabərliyi ilə əlaqələndirirdilər. Xalqın təsəvvüründə bu gün işıq və qaranlığın bərabər paylandığı gün kimi qəbul olunur”, – deyə tarixçi izah edir B.Abıtovun sözlərinə görə, bu bayramın qeyd olunması nəsildən-nəslə ötürülən çoxsaylı mərasimlərlə müşayiət olunur: “Bayram ərəfəsində insanlar evlərini təmizləyir, borclarını qaytarır və yaxınları ilə barışırlar. Məcburi mərasimlərdən biri “Alas”, yəni pis ruhları qovmaq üçün yaşayış yerinin ardıc tüstüsü ilə tüstüləndirilməsi ayinidir. Qırğız dilində ardıca “arça” deyilir. Bayramdan əvvəlki gecə bolluq arzusu ilə bütün qablar süd, taxıl və bulaq suyu ilə doldurulur. İnsanlar parlaq rəngli yeni paltar geyinməyə çalışırlar. Bayramın əsas rituallı yeməyi cücərdilmiş buğdadan hazırlanan və hazırlanması təxminən bir gün çəkən “sümələk”dir. Onun hazırlanması mahnı və rəqslərlə müşayiət olunur. Bayram süfrəsində, həmçinin həyat üçün vacib sayılan yeddi məhsul da olur: su, ət, duz, yağ, un, dənli bitkilər və süd” Sovet dövründə Novruz rəsmi şəkildə qadağan edilsə də, 1991-ci ildə müstəqillik əldə edildikdən sonra yenidən dövlət bayramı kimi bərpa olunub. Hər il martın 21-də Qırğızıstanda geniş xalq şənlikləri keçirilir Alimin sözlərinə görə, Bişkekdəki “Ala-Too” meydanında və ölkənin bütün bölgələrində teatrlaşdırılmış tamaşalar, həmçinin idman yarışları təşkil olunur. Buraya at oyunları (“Ulak tartış”, “Qız kuumay”), milli güləş və oxatma daxildir. Bayram günlərində keçirilən sərgilərdə keçədən hazırlanmış məmulatlar (şırdak), ağac və dəri məhsulları, zərgərlik məmulatları və ənənəvi yurtlar nümayiş etdirilir Baybolot Abıtovun sözlərinə görə, bu gün Novruz təkcə minillik tarixə hörmət deyil, həm də qırğız xalqının sülh, birlik və qonaqpərvərlik bayramıdır və gələcəyə aparan yolu açır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır