Tenqri
Ana Sayfa
Siyaset

Bangerter: Azərbaycanın Tehrandakı səfirliyi İsveçrə diplomatik missiyasına təxliyədə kömək göstərib

İsveçrənin İrandakı səfiri Olivye Bangerter bildirib ki, Azərbaycanın Tehrandakı səfirliyi İsveçrə diplomatik missiyasına koordinasiya və İrandan təhlükəsiz təxliyə ilə bağlı kömək göstərib "Report"un Cənub bürosunun məlumatına görə, səfir bunu İran-Azərbaycan sərhədini keçdikdən sonra jurnalistlə

4 gün önce0 görüntülemereport.az
Bangerter: Azərbaycanın Tehrandakı səfirliyi İsveçrə diplomatik missiyasına təxliyədə kömək göstərib
Paylaş:

İsveçrənin İrandakı səfiri Olivye Bangerter bildirib ki, Azərbaycanın Tehrandakı səfirliyi İsveçrə diplomatik missiyasına koordinasiya və İrandan təhlükəsiz təxliyə ilə bağlı kömək göstərib "Report"un Cənub bürosunun məlumatına görə, səfir bunu İran-Azərbaycan sərhədini keçdikdən sonra jurnalistlərə açıqlayıb "Nazirimiz (İsveçrənin xarici işlər naziri - red.) İrandakı səfirliyi müvəqqəti bağlamaq qərarına gəlib, ona görə də ölkəni tərk etmək qərarına gəldik. Biz Azərbaycanı (təxliyə üçün - red.) seçdik, çünki Tehranda Azərbaycan səfirliyi ilə, xüsusilə səfir Əli Əlizadə ilə əla münasibətlərimiz var. O bizə böyük yardım göstərib. Azərbaycana ilk dəfə gəlməyimə çox şadam. Burada olmaq xoşdur. Səmimi qarşılamaya görə çox sağ olun", - o deyib Səfirin sözlərinə görə, diplomatik missiyanın əməkdaşları Bakıda iki gecə qalacaq, sonra isə İsveçrəyə yola düşəcəklər Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir