"Qış kuboku - Balakən" intellektual oyununun qalibləri mükafatlandırılıb
Balakən rayon Gənclər evində yeniyetmələr arasında "Qış kuboku - Balakən" adlı "Breyn-rinq" intellektual oyunu üzrə liqanın yekun turu keçirilib Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Gənclər evindən məlumat verilib Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Balakən rayonu üzrə gəncl

Balakən rayon Gənclər evində yeniyetmələr arasında "Qış kuboku - Balakən" adlı "Breyn-rinq" intellektual oyunu üzrə liqanın yekun turu keçirilib Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Gənclər evindən məlumat verilib Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Balakən rayonu üzrə gənclər və idman sektoru, Gənclər evi sosial xidmət müəssisəsi və Balakən rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən liqa 7 həftə davam edib. Ümumilikdə 8 məktəb komandasından 60 yeniyetmə liqada iştirak edib Turun yekun nəticələrinə əsasən Vətən Müharibəsi Qəhrəmanı Amin Novruzov adına HTT Lisey I yeri, Balakən şəhər Nəsimi adına 2 saylı tam orta məktəbin komandası II və Qazma kənd 1 saylı tam orta məktəbin komandası III yeri tutub. Liqada ilk 3 yeri tutan və iştirak edən komandalara diplom, qalib komandaya isə hədiyyələr təqdim edilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır