Tenqri
Ana Sayfa
Dünya

Bakıda yüksəksəviyyəli görüş: Azərbaycan-BMT əməkdaşlığı və regional gündəm

Martın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan BMT-nin Cenevrədəki Ofisinin (UNOG) baş direktoru Tatyana Valovaya ilə görüşüb Xarici İşlər Naziriyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-UNOG əməkdaşlığının müxtə

3 gün önce0 görüntülemeazertag.az
Bakıda yüksəksəviyyəli görüş: Azərbaycan-BMT əməkdaşlığı və regional gündəm
Paylaş:

Martın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan BMT-nin Cenevrədəki Ofisinin (UNOG) baş direktoru Tatyana Valovaya ilə görüşüb Xarici İşlər Naziriyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-UNOG əməkdaşlığının müxtəlif istiqamətləri, həmçinin regional məsələlər müzakirə edilib Azərbaycan ilə UNOG arasında əməkdaşlıqdan məmnunluq ifadə olunaraq, UNOG-un dayanıqlı inkişaf məqsədləri, iqlim dəyişmələri, iqtisadi inkişaf və digər müvafiq istiqamətlər üzrə fəaliyyətləri dəstəklənib Həmçinin Azərbaycanın BMT çərçivəsində aktiv fəaliyyət göstərdiyi, COP29-da və növbəti COP-larda fəal iştirakımız, bu il ölkəmizin Birləşmiş Millətlər Təşkilatının (BMT) ən nüfuzlu tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi edəcəyi, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitinin keçiriləcəyi, növbəti ildən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik edəcəyimiz diqqətə çatdırılıb T.Valovayanın ölkəmizə səfərləri və bu səfərlər çərçivəsində keçirilmiş ali və yüksəksəviyyəli görüşlər məmnunluqla xatırlanıb, Azərbaycanın Cenevrədəki Daimi Nümayəndəliyi, habelə ölkəmizin digər qurumları ilə UNOG arasında əməkdaşlığın gücləndirilməsi üçün yaratdığı şəraitə görə minnətdarlıq ifadə olunub Görüş zamanı, həmçinin bölgədəki vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi barədə qarşı tərəfə məlumat verilib. Bununla yanaşı, Yaxın Şərqdə hərbi eskalasiya barədə fikir mübadiləsi aparılıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır