Tenqri
Ana Sayfa
Dünya

Bakı Forumu qlobal həmrəylik və humanitar təşəbbüslər üçün əhəmiyyətli müstəvi olub - ŞƏRH

Artıq 13-cü dəfə keçirilən Qlobal Bakı Forumu müasir dünyanın liderlərini, keçmiş dövlət başçılarını və tanınmış ekspertləri bir araya gətirən mühüm geosiyasi platforma kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Forum, qlobal böhranların həllində həlledici rol oynayan intellektual və stratej

yaklaşık 4 saat önce0 görüntülemeazertag.az
Bakı Forumu qlobal həmrəylik və humanitar təşəbbüslər üçün əhəmiyyətli müstəvi olub - ŞƏRH
Paylaş:

Artıq 13-cü dəfə keçirilən Qlobal Bakı Forumu müasir dünyanın liderlərini, keçmiş dövlət başçılarını və tanınmış ekspertləri bir araya gətirən mühüm geosiyasi platforma kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Forum, qlobal böhranların həllində həlledici rol oynayan intellektual və strateji mərkəz kimi çıxış etməklə, beynəlxalq münasibətlərin gələcəyini formalaşdıran mühüm platforma olub Bunu AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib Onun sözlərinə görə, Vətən müharibəsində qazanılan şanlı Zəfər və antiterror tədbirlərinin uğurla nəticələnməsi Azərbaycanın regiondakı hərbi-siyasi çəkisini daha da artırıb, Prezident İlham Əliyevin qətiyyətli lider obrazını beynəlxalq səviyyədə möhkəmləndirib “Bu kontekstdə Qlobal Bakı Forumuna maraq artıb, platforma dünyanın nüfuzlu beyin mərkəzlərindən biri və qlobal çağırışların müzakirə olunduğu strateji proses kimi qəbul edilməyə başlanılıb. Forum iştirakçıları artıq Azərbaycana, ərazi bütövlüyünü bərpa etmiş, beynəlxalq hüququ təkbaşına icra edən və yeni geosiyasi reallıqlar yaradan güclü dialoq mərkəzi kimi baxırlar. Prezident İlham Əliyevin forum çərçivəsində təqdim etdiyi təşəbbüslər beynəlxalq nizamın yenidən qurulması üçün yol xəritəsi rolunu oynayır. Bu çıxışlar həm qlobal çağırışlara qarşı kollektiv mübarizəni stimullaşdırır, həm də Azərbaycanın regional və dünya miqyaslı siyasi proseslərin istiqamətini müəyyən edən intellektual və diplomatik güc mərkəzi olduğunu bir daha təsdiqləyir. Forum qlobal həmrəylik və humanitar təşəbbüslər üçün əhəmiyyətli müstəvi olub. Bakı Prosesi vasitəsilə mədəniyyətlərarası dialoqun sülh üçün yeganə alternativ olduğu vurğulanıb, “Parçalanmış dünyanın bərpası” mövzusunda qütbləşən dünyada fərqli siyasi sistemlərin ortaq maraqlar ətrafında birləşməsinin zəruriliyi əsaslandırılıb”, - deyə deputat bildirib Bəhruz Məhərrəmov qeyd edib ki, Azərbaycan forum çərçivəsində enerji təhlükəsizliyinin milli təhlükəsizliklə sıx bağlı olduğunu vurğulayıb, Avropanın enerji xəritəsini dəyişən layihələrin sabitliyin təməli olduğunu əsaslandırıb. Bu baxımdan Orta Dəhlizin inkişafı, Şərq-Qərb və Şimal-Cənub marşrutlarının birləşdirilməsi qlobal təchizat zəncirinin qorunmasına xidmət edib, Azərbaycan isə bu prosesdə rolunu daha da gücləndirib: “XIII Qlobal Bakı Forumu, “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunu aktuallaşdıraraq, Rusiya-Ukrayna, İran və İsrail-ABŞ arasında gərginlik, dünyanın bir çox bölgələrində geosiyasi çətinliklər fonunda Azərbaycanın sülh və stabillik missiyasını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün mühüm platforma olub. Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan sülh Sazişi regionda uzunmüddətli düşmənçilikdən sonra ilkin ticarət əlaqələrinin bərpasına yol açıb, Azərbaycan liderinə sülh və müharibə anlayışlarını qlobal auditoriya üçün təhlil etmək imkanı verib. Forum çərçivəsində aparılan müzakirələr yalnız regional məsələləri deyil, həm də iqlim dəyişikliyi, enerji təhlükəsizliyi və yeni dünya nizamı kimi fundamental mövzuları əhatə edərək qlobal gündəliyi formalaşdırır. Azərbaycan, güc və diplomatiya vasitəsilə beynəlxalq münasibətlərdə nümunəvi rol oynayan, həm regionda, həm də dünyada təhlükəsiz və sabit həyatın təminatçısı kimi çıxış edir” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır