Tenqri
Ana Sayfa
Dünya

BƏƏ-dəki Britaniya səfirliyi vətəndaşlarına raket görüntüləri ilə bağlı xəbərdarlıq edib

Birləşmiş Ərəb Əmirliklərindəki Britaniya səfirliyi regionda yaşayan və ya səfərdə olan Britaniya vətəndaşlarını İran raket zərbələrinin nəticələrini foto və ya video ilə çəkməməyə və yaymamağa çağırıb AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, xəbərdarlıq Dubayda 60 yaşlı britaniyalı turistin şəhər

2 gün önce0 görüntülemeazertag.az
BƏƏ-dəki Britaniya səfirliyi vətəndaşlarına raket görüntüləri ilə bağlı xəbərdarlıq edib
Paylaş:

Birləşmiş Ərəb Əmirliklərindəki Britaniya səfirliyi regionda yaşayan və ya səfərdə olan Britaniya vətəndaşlarını İran raket zərbələrinin nəticələrini foto və ya video ilə çəkməməyə və yaymamağa çağırıb AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, xəbərdarlıq Dubayda 60 yaşlı britaniyalı turistin şəhər üzərində uçan İran raketlərini çəkdiyi iddiası ilə kibercinayət qanunları üzrə ittiham olunmasından sonra edilib. Bildirilir ki, onun telefonunda raket zərbəsinə aid video aşkar edildikdən sonra turist saxlanılıb “Detained in Dubai” təşkilatının rəhbəri Radha Stirlinq bildirib ki, həmin şəxs BƏƏ-də ictimai təhlükəsizliyi poza biləcək materialların yayılmasını qadağan edən qanuna əsasən saxlanılıb. Britaniya səfirliyi “X” sosial şəbəkəsində yayımladığı açıqlamada qeyd edib ki, Britaniya vətəndaşları BƏƏ qanunlarına tabedir və bu qanunların pozulması cərimə, həbs və ya deportasiya ilə nəticələnə bilər Səfirlik, həmçinin bildirib ki, BƏƏ hakimiyyət orqanları insident yerlərinin, raket zərbələrinin nəticələrinin, habelə hökumət binaları və diplomatik nümayəndəliklərin foto və videolarının çəkilməməsi və paylaşılmaması barədə xəbərdarlıq edir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır