Azərbaycanın dayanıqlı nəqliyyat sistemləri üzrə gördüyü işlər Beynəlxalq Nəqliyyat Forumunda müsbət qiymətləndirilib
Paris şəhərində Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Nəqliyyat Tədqiqat Komitəsinin və Nəqliyyatı İdarəetmə Şurasının növbəti iclasları keçirilib Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) AZƏRTAC-a bildirilib ki, tədbirlərdə Azərbaycanın BNF-yə sədrlik çərçivəsində müəyyən etdiyi prioritet

Paris şəhərində Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Nəqliyyat Tədqiqat Komitəsinin və Nəqliyyatı İdarəetmə Şurasının növbəti iclasları keçirilib Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) AZƏRTAC-a bildirilib ki, tədbirlərdə Azərbaycanın BNF-yə sədrlik çərçivəsində müəyyən etdiyi prioritetlərin əhəmiyyəti vurğulanıb Üzv ölkələr qlobal nəqliyyat siyasəti üzrə dialoqun gücləndirilməsi, beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı, dayanıqlı nəqliyyat sistemlərinin təşviqi istiqamətində Azərbaycanın gördüyü işləri müsbət qiymətləndirib İclaslarda təşkilatın fəaliyyət proqramı, qarşıdakı dövr üçün strateji prioritetlər və qlobal nəqliyyat siyasətinin inkişafı ilə bağlı əsas istiqamətlər müzakirə olunub. Eyni zamanda 6-8 may tarixlərində Azərbaycanın sədrliyi ilə Almaniyanın Leypsiq şəhərində keçiriləcək BNF Zirvə Toplantısının proqramı və hazırlıq məsələləri diqqət mərkəzində olub Qeyd edək ki, hər il keçirilən Zirvə Toplantısı nəqliyyat nazirləri və sektor liderlərinin ən böyük görüş platforması hesab olunur. Bu il tədbir “Dayanıqlı nəqliyyatın maliyyələşdirilməsi” mövzusuna həsr ediləcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır