Tenqri
Ana Sayfa
Dünya

Azərbaycanın beynəlxalq tərəfdaşlıqları yeni məzmun qazanır ŞƏRH

Müasir geosiyasi proseslər fonunda Azərbaycanın beynəlxalq tərəfdaşlıqları da yeni məzmun qazanır. Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşü də Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişafı baxımından önəmli hadisədir Bunu AZƏRTAC-a açıqlam

yaklaşık 4 saat önce0 görüntülemeazertag.az
Azərbaycanın beynəlxalq tərəfdaşlıqları yeni məzmun qazanır ŞƏRH
Paylaş:

Müasir geosiyasi proseslər fonunda Azərbaycanın beynəlxalq tərəfdaşlıqları da yeni məzmun qazanır. Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşü də Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişafı baxımından önəmli hadisədir Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib Deputat əlavə edib ki, xüsusilə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafı yalnız ikitərəfli əməkdaşlıq çərçivəsi ilə məhdudlaşmır. Bu tərəfdaşlıq, eyni zamanda, Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya məkanında təhlükəsizlik, enerji və nəqliyyat əlaqələrinin formalaşmasına təsir göstərən mühüm geosiyasi amilə çevrilib. Bu kontekstdə Prezident İlham Əliyev ilə Antonio Koşta arasında Bakıda keçirilən görüş strateji əhəmiyyət kəsb edən hadisələrdən biri kimi qiymətləndirilir “Statistik göstəricilər də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının iqtisadi əsaslarının möhkəm olduğunu göstərir. Son illərdə Aİ Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri kimi mövqeyini qoruyub saxlayır. 2026-cı ilin yanvar ayının nəticələrinə görə Azərbaycanın xarici ticarət dövriyyəsinin təxminən yarısının Avropa İttifaqı ölkələrinin payına düşməsi bu əlaqələrin geniş miqyasını açıq şəkildə nümayiş etdirir. Bu fakt Avropa bazarının Azərbaycan üçün yalnız enerji ixracı baxımından deyil, həm də investisiya, texnologiya və ticarət əlaqələrinin inkişafı baxımından strateji əhəmiyyət daşıdığını təsdiqləyir”, - deyə o bildirib S.Mikayılova bildirib ki, enerji sahəsi Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının əsas sütunlarından biri hesab olunur. 2022-ci ildə tərəflər arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumu bu əməkdaşlığı yeni mərhələyə yüksəldib. Həmin sənəddən sonra Azərbaycanın Avropaya qaz ixracının həm həcmi, həm də coğrafiyası əhəmiyyətli dərəcədə genişlənib. Hazırda Avropa İttifaqının on üzv dövləti birbaşa Azərbaycan qazını alır, ümumilikdə isə 16 ölkə Azərbaycanın boru kəmərləri vasitəsilə qaz təchizatından istifadə edir. Bu göstərici Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi rolunun getdikcə gücləndiyini göstərir. Bu əməkdaşlığın əsas infrastruktur sütunu isə Cənub Qaz Dəhlizi layihəsidir “Yaxın illərdə Azərbaycanın enerji potensialının daha da genişlənəcəyi gözlənilir. Planlara əsasən yeni yataqların istismara verilməsi və qaz hasilatının artırılması nəticəsində növbəti iki-üç il ərzində istehsalın ən azı 10 milyard kubmetr artacağı proqnozlaşdırılır. Bu isə Avropanın enerji təchizatının şaxələndirilməsi strategiyasına mühüm töhfə verəcək Enerji əməkdaşlığının perspektiv istiqamətlərindən biri də bərpaolunan enerji sahəsidir. Azərbaycan külək, Günəş və su elektrik enerjisi sahələrində böyük potensiala malikdir və yaxın illərdə ixraca yönəlmiş 6-8 giqavatlıq bərpaolunan enerji gücü yaratmağı planlaşdırır. Bu istiqamətdə xüsusilə Qara dəniz vasitəsilə Avropaya yaşıl enerji ötürülməsini nəzərdə tutan layihələr diqqət çəkir. Belə təşəbbüslər qlobal enerji keçidi prosesində Azərbaycanın rolunu daha da gücləndirir”, - deyə deputat vurğulayıb Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı daha institusional xarakter alacaq O əlavə edib ki, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının digər mühüm istiqaməti nəqliyyat və logistika sahəsidir. Azərbaycan Avrasiya məkanında Şərq ilə Qərbi birləşdirən əsas tranzit mərkəzlərindən biri kimi çıxış edir. Bu baxımdan Orta Dəhliz layihəsinin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Avropa İttifaqının “Qlobal Qapı” təşəbbüsü çərçivəsində Azərbaycana göstərilən dəstək, xüsusilə nəqliyyat infrastrukturu və Naxçıvan Muxtar Respublikası istiqamətində dəmir yolu layihələrinin modernləşdirilməsi regionun nəqliyyat xəritəsinin yenidən formalaşmasına töhfə verir. Bu təşəbbüs Avropa ilə Mərkəzi Asiya arasında alternativ və təhlükəsiz logistika marşrutlarının yaradılması baxımından da strateji əhəmiyyət daşıyır “Bununla yanaşı, tərəflər rəqəmsal transformasiya, innovasiya və süni intellekt kimi yeni texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsinə də xüsusi diqqət yetirirlər. Bu istiqamətdə əməkdaşlıq yalnız iqtisadi inkişaf üçün deyil, həm də regional dayanıqlılığın və rəqabət qabiliyyətinin artırılması baxımından mühüm rol oynayır Bütün bu proseslər göstərir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər qarşılıqlı hörmət, bərabərlik və ortaq fayda prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq modelinə çevrilməkdədir. Enerji, nəqliyyat, investisiya və texnoloji sahələrdə əməkdaşlığın genişlənməsi bu tərəfdaşlığın yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, həm də daha geniş Avrasiya məkanında sabitlik və iqtisadi inteqrasiyanın möhkəmlənməsinə xidmət etdiyini göstərir. Mövcud dinamika onu deməyə əsas verir ki, yaxın illərdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı daha institusional və strateji xarakter alacaq”, - deyə S.Mikayılova qeyd edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır