Azərbaycan Yüksək Liqasında müntəzəm mövsümün son turlarının tarixi açıqlanıb
Kişi və qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunların tarixi açıqlanıb Azərbaycan Voleybol Federasiyasından (AVF) "Report"a verilən məlumata görə, kişilərin yarışında XVIII turun matçları 17-18 martda baş tutacaq Qadınların Yüksək Liqasında isə müntəzəm mövsümün sonunc

Kişi və qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunların tarixi açıqlanıb Azərbaycan Voleybol Federasiyasından (AVF) "Report"a verilən məlumata görə, kişilərin yarışında XVIII turun matçları 17-18 martda baş tutacaq Qadınların Yüksək Liqasında isə müntəzəm mövsümün sonuncu - XVIII turu 17, 18 və 19 martı əhatə edəcək Kişilərin Yüksək Liqasında 20 turun yekununda ilk 4 yeri tutacaq komandalar növbəti mərhələyə yüksələcəklər. Qadınların yarışında isə 8 komanda pley-off mərhələsinə vəsiqə qazanacaq Qeyd edək ki, pley-off mərhələsində 1/4 final və yarımfinallar evdə və səfərdə olmaqla iki qarşılaşmadan ibarət olacaq. İki oyundan sonra komandaların qələbələri bərabər olarsa, qalibi müəyyən etmək üçün "qızıl" set oynanılacaq. Bürünc və qızıl medal uğrunda isə bir görüş olacaq Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir