Tenqri
Ana Sayfa
Dünya

Azərbaycan və Çin münasibətlərinin dərinləşdirilməsi perspektivləri nəzərdən keçirilib

Milli Məclisin sədri Sahibə Qafarova martın 16-da Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey ilə görüşüb Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkələrimiz arasında yüksək səviyyədə olan strateji tərəfdaşlıq münasibətlərinin inkişafından mə

yaklaşık 4 saat önce0 görüntülemeazertag.az
Azərbaycan və Çin münasibətlərinin dərinləşdirilməsi perspektivləri nəzərdən keçirilib
Paylaş:

Milli Məclisin sədri Sahibə Qafarova martın 16-da Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey ilə görüşüb Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkələrimiz arasında yüksək səviyyədə olan strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunaraq, Prezident İlham Əliyevin ötən il Çin Xalq Respublikasına dövlət səfərindən sonra əlaqələrimizin daha da inkişaf edərək, özünün ən yüksək səviyyəsinə qalxdığı vurğulanıb Söhbət zamanı parlamentlərimiz arasında əlaqələrin ölkələrimiz arasında münasibətlərin mühüm tərkib hissəsini təşkil etdiyi qeyd olunub. Parlamentlərarası əməkdaşlığın, o cümlədən parlamentlərin dostluq qrupları və komitələri arasında əlaqələrin inkişafının əhəmiyyəti vurğulanıb. Münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində gələcək imkanlar nəzərdən keçirilib Görüşdə, həmçinin Azərbaycanın və Çinin beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq etdikləri ifadə olunub, ölkələrimizin daim bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri vurğulanıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır