Azərbaycan simvolları Londondan dünyaya yayılır- MÜSAHİBƏ
Azərbaycanlı modelyer Şəbnəm Bayramova Londonda və Bakıda fəaliyyət göstərən, Azərbaycan mədəniyyətini moda vasitəsilə dünyaya tanıtmağı hədəfləyən brendin təsisçisi və dizayneridir. Yeddi ildir moda sahəsində çalışan dizayner son iki ildə fəaliyyətini Birləşmiş Krallıqda davam etdirir. Onun sözləri

Azərbaycanlı modelyer Şəbnəm Bayramova Londonda və Bakıda fəaliyyət göstərən, Azərbaycan mədəniyyətini moda vasitəsilə dünyaya tanıtmağı hədəfləyən brendin təsisçisi və dizayneridir. Yeddi ildir moda sahəsində çalışan dizayner son iki ildə fəaliyyətini Birləşmiş Krallıqda davam etdirir. Onun sözlərinə görə, brendin əsas məqsədlərindən biri Azərbaycan mədəniyyətinə məxsus elementləri müasir dizaynla birləşdirərək qlobal auditoriyaya təqdim etməkdir Şəbnəm Bayramova AZƏRTAC-a müsahibəsində Londonda moda biznesini qurmaq təcrübəsindən, aldığı qlobal talant vizasının yaratdığı imkanlardan, Azərbaycan motivlərinin dizaynda istifadəsindən və brendin gələcək planlarından danışıb – Şəbnəm xanım, ilk olaraq bu sahəyə gəlməyinizdən danışardınız – Artıq 7 ildir bu sahədəyəm və son iki ildir fəaliyyətimi İngiltərədə davam etdirirəm. Modaya marağım əslində çox erkən yaşlarda yaranıb. Babamın qarderobunu gördüyüm gündən bu sahəyə xüsusi həvəsim formalaşdı Əslində bu sahəyə gəlmək əvvəlcədən planlaşdırılmış bir qərar deyildi. Bazar araşdırması apararkən moda sahəsində müəyyən imkanlar və inkişaf potensialı gördüm. Bu istiqamətdə fəaliyyət göstərməyə qərar verdim və “Tuva” brendini qurdum. Brendin təsisçisi və dizayneriyəm – Brendinizin Londona gəlməsi və fəaliyyətinizi burada davam etdirməyiniz necə baş verdi? –Portfolyomu Britaniya Moda Şurasına göndərdim. Onlar portfolyomu dəyərləndirdikdən sonra qlobal talant vizası üçün tövsiyə verdilər və bundan sonra vizaya müraciət etdik. Bu viza yaradıcı sahələrdə çalışan insanlar üçün çox yaxşı imkanlar yaradır. Böyük Britaniya yaradıcı sənayelərin inkişafını dəstəkləmək üçün dizaynerlərə geniş imkanlar yaradır. Burada araşdırma aparmaq, yeni istehsal texnologiyalarını öyrənmək üçün çox geniş imkanlar mövcuddur – Londonda moda biznesi qurmaq sizə hansı imkanları açdı? – Londonda logistikanın çox inkişaf etməsi böyük üstünlükdür. Bu, məhsullarımızın müxtəlif ölkələrə və qitələrə çatdırılmasını xeyli asanlaşdırır. Məsələn, İngiltərədən Avstraliyaya göndərilən bağlama belə çox qısa müddətdə çatır Hazırda məhsullarımız “Wolf & Badger” platforması vasitəsilə satılır. Bu platformada bir çox qlobal brend fəaliyyət göstərir və bizim də orada təmsil olunmağımız brendin beynəlxalq auditoriyaya çıxışını asanlaşdırır – Müştərilərdən aldığınız ilk reaksiyalar necə oldu? – Açığı, nəticələr bizim üçün də çox sevindiricidir. İngiltərədə yeni bir brend olmağımıza baxmayaraq çox yaxşı geri dönüşlər aldıq və bəzi məhsullarımız platformada “bestseller” siyahısına daxil oldu Müştərilərdən gələn müsbət rəylər bizi daha da həvəsləndirir və doğru yolda olduğumuzu göstərir – Brendinizdə Azərbaycan mədəniyyətinin hansı elementləri istifadə olunur? – Mənim üçün ən vacib məsələlərdən biri Azərbaycan mədəniyyətini və simvollarını dünyaya tanıtmaqdır. Biz məhsulları müştərilərə göndərərkən onların içinə xüsusi təşəkkür kartları qoyuruq. Bu kartlar petroqliflər, Qarabağ atları və digər milli motivlərlə bəzədilir və onların mənası haqqında məlumat verilir Mən hər zaman qədim simvollarımızdan istifadə etməyə üstünlük verirəm. Bu həm brendin fərqliliyini göstərir, həm də zəngin tariximizi dünyaya tanıtmaq üçün bir vasitədir – Bu mövzuda məşhur rəssam Səttar Bəhlulzadənin bir fikrini tez-tez xatırlayıram: “İlham almaq üçün vətən torpağı kifayətdir” Tarixi muzeylərə gedəndə, klassik ədəbiyyatımızı oxuyanda və ya kitabxanalarda qədim mənbələrə baxanda çoxlu ideyalar yaranır. Bir dəfə Daş Salnamə Muzeyini gəzərkən orada nümayiş olunan petroqliflərdəki rəng ahəngi və vizual kompozisiya məni çox ilhamlandırdı. Həmin görüntülərin estetikası və simvolikası mənə düşündürdü ki, bu motivləri müasir geyim dizaynında da istifadə etmək mümkündür Əsas məsələ isə bunu elə təqdim etməkdir ki, həm estetik, həm də funksional olsun. Çünki sərgi üçün hazırlanmış geyimlə gündəlik istifadə olunan geyim arasında incə bir xətt var və mən həmişə bunu qorumağa çalışıram – Brendinizin istehsal prosesi haqqında danışardınız – Məhsullarımız tamamilə Azərbaycan dərziləri tərəfindən hazırlanır. Geyimlər əl işi olduğu üçün hər biri ayrıca kəsilir və tikilir. Bu da keyfiyyətə xüsusi diqqət yetirməyə imkan verir Əlbəttə, bu proses daha çətindir və bəzən böyük tələbatı qarşılamaqda çətinlik yaradır, amma biz kütləvi istehsal modelinə keçmək istəmirik. Məqsədimiz hər zaman limitli və keyfiyyətli istehsal etməkdir – Əsas planlarımızdan biri istehsal sahəsini genişləndirmək və aksesuar xəttini artırmaqdır. Xüsusilə şərflərə böyük tələbat olduğunu gördük və bu istiqamətdə də inkişaf etməyi planlaşdırırıq. Eyni zamanda mənim böyük arzularımdan biri Londonda öz atelyemi açmaqdır – Moda sahəsində karyera qurmaq istəyən gənclərə nə tövsiyə edərdiniz? – Məncə buna bu sənətin mətbəxindən başlamaq ən doğru yoldur. Təhsil çox vacibdir, amma təcrübə də eyni dərəcədə önəmlidir. Əgər təhsil almaq imkanı yoxdursa, atelyelərdə köməkçi kimi işləmək belə böyük təcrübə qazandırır. Məsələn, Corcio Armani karyerasına sadəcə vitrin düzəldərək başlayıb, amma sonradan dünyanın ən böyük moda brendlərindən birini yaradıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır