Tenqri
Ana Sayfa
Dünya

Azərbaycan səfirliyi Seneqalda aztəminatlı ailələrdən olan uşaqlar üçün iftar mərasimi təşkil edib

Seneqalın Tuba şəhərində "Qurani-Kərim"i tədris edən beş məktəbin ("Ndongo Daara") 250 şagirdi və onların müəllimləri üçün xeyriyyə xarakterli iftar mərasimi təşkil edib Bu barədə "Report"a Azərbaycanın Seneqaldakı səfirliyindən məlumat verilib Bildirilib ki, Seneqalın "AVISE Senegal" assosiasiyas

3 gün önce0 görüntülemereport.az
Azərbaycan səfirliyi Seneqalda aztəminatlı ailələrdən olan uşaqlar üçün iftar mərasimi təşkil edib
Paylaş:

Seneqalın Tuba şəhərində "Qurani-Kərim"i tədris edən beş məktəbin ("Ndongo Daara") 250 şagirdi və onların müəllimləri üçün xeyriyyə xarakterli iftar mərasimi təşkil edib Bu barədə "Report"a Azərbaycanın Seneqaldakı səfirliyindən məlumat verilib Bildirilib ki, Seneqalın "AVISE Senegal" assosiasiyası və Azərbaycanın Seneqaldakı səfirliyinin dəstəyi ilə reallaşdırılan layihənin əsas məqsədi Ramazan ayı müddətində "Qurani-Kərim"i tədris edən məktəblərdə təhsil alan, maddi imkanları məhdud olan ailələrin uşaqlarına yardım göstərməkdir. Çünki həmin uşaqların böyük əksəriyyəti ailələrindən ayrı yaşayır və öz vaxtlarını "Qurani-Kərim"in tədrisinə sərf edirlər. Bu baxımdan Ramazan ayında onlar üçün keyfiyyətli qida təminatı xüsusilə vacib əhəmiyyət kəsb edir Vurğulanıb ki, iftar mərasimi zamanı uşaqlara isti yeməklər, xurma və müxtəlif ərzaq məhsulları paylanıb. Bu təşəbbüsün əsas məramı Ramazan ayında həmrəylik, mərhəmət və paylaşma kimi dəyərləri yaymaq, eyni zamanda Azərbaycanla Seneqal arasındakı humanitar əlaqələri möhkəmləndirməkdir Xatırladaq ki, Tuba şəhəri Seneqalın ən mühüm mənəvi mərkəzlərindən biri sayılır və ölkədə islam elmlərinin yayılmasında əhəmiyyətli rol oynayır Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir