Azərbaycan ilə İndoneziya arasında aqrar sahədə İşçi Qrup yaradılacaq
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov İndoneziya Respublikasının ölkəmizdəki səfiri Berlian Helmini ilə görüşüb Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, nazir Məcnun Məmmədov səfirə Azərbaycanda aqrar sektora dövlət dəstəyi

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov İndoneziya Respublikasının ölkəmizdəki səfiri Berlian Helmini ilə görüşüb Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, nazir Məcnun Məmmədov səfirə Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə ətraflı məlumat verib. Bildirilib ki, ölkəmizdə reallaşdırılan aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən dəstək tədbirləri həyata keçirilir Görüşdə aqrar sahədə əməkdaşlığın genişləndirilməsi və hüquq-müqavilə bazasının yaradılması, aqrar sahədə İşçi Qrupun yaradılması, kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsinin artırılması üçün ixrac potensialı yüksək olan məhsullarla bağlı informasiya mübadiləsinin aparılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi, indoneziyalı sahibkarların Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirakı, müasir texnologiyaların transferi və aqrar sahədə elmi-tədqiqat və təhsil üzrə təcrübə proqramlarının həyata keçirilməsi məsələləri müzakirə olunub Səfir Berlian Helmini İndoneziyanın Azərbaycanla dost ölkə olduğunu və bütün sahələr üzrə tərəfdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib. Tərəflər aqrar əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını ifadə ediblər Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır