Azərbaycan həm Avropa, həm də digər qlobal mərkəzlər arasında etibarlı tərəfdaş kimi çıxış edir - ŞƏRH
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın mövcud enerji dəhlizlərinin və nəqliyyat yollarının müəyyən risklərlə üzləşdiyi bir dövrdə Azərbaycana səfər etməsi təsadüfi xarakter daşımır. Bu səfər Azərbaycan ilə Avropa İttifaqı arasında 2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərə

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın mövcud enerji dəhlizlərinin və nəqliyyat yollarının müəyyən risklərlə üzləşdiyi bir dövrdə Azərbaycana səfər etməsi təsadüfi xarakter daşımır. Bu səfər Azərbaycan ilə Avropa İttifaqı arasında 2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun davam etdirilməsinin hər iki tərəf üçün faydalı olduğunu göstərir Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov söyləyib O bildirib ki, hazırda dünyada baş verən mürəkkəb proseslər enerji, nəqliyyat, neft və digər iqtisadi sahələrə də mənfi təsir göstərir. Bu baxımdan Avropa İttifaqı ölkələri üçün Azərbaycanın rolu xüsusi əhəmiyyət kəsb edir. 2022-ci ildə Avropa Komissiyası ilə enerji sahəsində strateji tərəfdaşlıq sənədinin imzalanmasından sonra Avropa ölkələrinə qaz ixracı daha da artıb və Azərbaycanın enerji strategiyası Avropa istiqamətində şaxələndirilib. Hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazı alır, ümumilikdə isə Azərbaycan 16 ölkəyə qaz ixrac edir “Azərbaycan bu gün Avropa İttifaqı ilə müxtəlif sahələrdə fəal əməkdaşlıq edir. Bu əməkdaşlıq əsasən enerji, təhlükəsizlik və texnologiya sahələrini əhatə edir. Son illərdə ticarət dövriyyəsinin artması da bu münasibətlərin inkişaf etdiyini göstərir. Belə ki, Azərbaycanın ümumi ticarət dövriyyəsinin təqribən 50 faizi Avropa İttifaqı ilə əlaqəlidir. Bu fakt onu göstərir ki, Azərbaycan Avropa İttifaqına üzv olmasa da, tərəflər arasında geniş və dərin iqtisadi əməkdaşlıq mövcuddur. İqtisadi təşkilat kimi Avropa İttifaqı ilə bu cür əlaqələr Azərbaycan üçün də geniş imkanlar yaradır. Bu imkanlar enerji, texnologiya, təhlükəsizlik və ticarət sahələrində özünü göstərir Avropa bazarı Azərbaycan üçün böyük potensiala malikdir və ölkənin qaz ixracında mühüm yer tutur. Bu əməkdaşlıq həm Azərbaycanın enerji strategiyasının güclənməsinə, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verir. Bu baxımdan Antonio Koştanın Azərbaycana səfəri həm 2022-ci ildə imzalanmış tərəfdaşlıq sazişinin daha da gücləndirilməsinə xidmət edir, həm də Azərbaycanın Avropa üçün strateji əhəmiyyətə malik ölkə olduğunu bir daha nümayiş etdirir. Eyni zamanda, bu səfər gələcəkdə əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi üçün yeni imkanlar yaradır”,- deyə N.Həsənov vurğulayıb Deputat əlavə edib ki, Aİ və onun əsas qərarverici orqanları ilə əməkdaşlıq Azərbaycanın təhlükəsiz və sabit mühitə malik ölkə kimi beynəlxalq imicini daha da gücləndirir. Bu isə xarici investorlar üçün ölkəmizi daha cəlbedici məkana çevirir və investisiya axınının artmasına şərait yaradır. Dünyanın müxtəlif regionlarında təhlükəsizlik problemlərinin mövcud olduğu bir dövrdə Azərbaycan həm Avropa, həm də digər qlobal mərkəzlər arasında balans yaradan, sabit və etibarlı tərəfdaş kimi çıxış edir. Bu da ölkəmizi beynəlxalq əməkdaşlıq və iqtisadi inkişaf üçün cəlbedici bir məkan kimi ön plana çıxarır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır