Azərbaycan Basketbol Liqası: XIX turun daha iki oyunu keçiriləcək
Azərbaycan Basketbol Liqasında XIX turun daha iki oyunu bu gün keçiriləcək "Report" xəbər verir ki, hər iki matç A qrupunda baş tutacaq İlk olaraq "Gəncə" "Sabah"ı qəbul edəcək. Gəncə İdman Sarayındakı qarşılaşma saat 14:00-da start götürəcək Günün ikinci görüşündə "Abşeron Lions" "Neftçi" ilə üz

Azərbaycan Basketbol Liqasında XIX turun daha iki oyunu bu gün keçiriləcək "Report" xəbər verir ki, hər iki matç A qrupunda baş tutacaq İlk olaraq "Gəncə" "Sabah"ı qəbul edəcək. Gəncə İdman Sarayındakı qarşılaşma saat 14:00-da start götürəcək Günün ikinci görüşündə "Abşeron Lions" "Neftçi" ilə üz-üzə gələcək. Bakı İdman Sarayındakı oyun saat 17:00-da başlayacaq "Sabah" A qrupunda 35 xalla liderdir. "Abşeron Lions" 34 xalla ikinci pillədə qərarlaşıb. "Neftçi" 27 xalla üçüncü, NTD 20 xalla beşincidir Xatırladaq ki, tura martın 15-də yekun vurulacaq. Əvvəlki matçlarda "Ordu" "Sumqayıt"ı (121:98), "Naxçıvan" "Sərhədçi"ni (83:67), "Quba" "Lənkəran"ı (95:88) məğlub edib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir