Tenqri
Ana Sayfa
Dünya

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni, daha fəal və strateji mərhələyə qədəm qoyub ŞƏRH

Prezident İlham Əliyevin martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşü zamanı verdiyi bəyanat Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırkı vəziyyətini və perspektivlərini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının çıxışı göstərdi ki, Azərbaycan və Avropa İttifa

3 gün önce0 görüntülemeazertag.az
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni, daha fəal və strateji mərhələyə qədəm qoyub ŞƏRH
Paylaş:

Prezident İlham Əliyevin martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşü zamanı verdiyi bəyanat Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırkı vəziyyətini və perspektivlərini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının çıxışı göstərdi ki, Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq artıq yeni, daha fəal və strateji mərhələyə qədəm qoyub. Tərəflər müxtəlif səviyyələrdə intensiv dialoq aparır və bu dialoq həm siyasi, həm də iqtisadi sahələrdə öz müsbət nəticələrini göstərir. Statistik göstəricilərə görə, cari ilin yanvar ayında Azərbaycanın ümumi ticarət dövriyyəsinin 50 faizi Avropa İttifaqı ilə bağlı olub. Bu fakt Avropa İttifaqının Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu bir daha təsdiq edir və qarşılıqlı iqtisadi əlaqələrin davamlı şəkildə genişləndiyini göstərir Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib O bildirib ki, enerji sahəsi Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının əsas sütunlarından biri kimi xüsusi əhəmiyyət daşıyır. 2022-ci ildə imzalanmış Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu bu əməkdaşlığın daha da möhkəmlənməsinə güclü təkan verib. Hazırda ümumilikdə 16 ölkə, o cümlədən Avropa İttifaqının 10 üzv dövləti boru kəmərləri vasitəsilə Azərbaycandan qaz alır. Bu göstərici Azərbaycanın qlobal enerji təhlükəsizliyində oynadığı mühüm rolu aydın şəkildə nümayiş etdirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yaxın illərdə qaz hasilatının artması və yeni yataqların istismara verilməsi nəticəsində əlavə olaraq ən azı 10 milyard kubmetr qazın bazara çıxarılması planlaşdırılır “Bununla yanaşı, Azərbaycan enerji siyasətində yalnız ənənəvi enerji resursları ilə kifayətlənmir. Prezident çıxışında bərpaolunan enerji sahəsinin inkişafının da prioritet istiqamətlərdən biri olduğunu xüsusi vurğuladı. Ölkənin zəngin Günəş və külək enerjisi potensialı nəzərə alınaraq yaxın 5-6 il ərzində 6-8 giqavat bərpaolunan enerji istehsal gücünün yaradılması planlaşdırılır. Bu isə Azərbaycanın gələcəkdə Avropaya yaşıl enerji ixrac edən mühüm tərəfdaşlardan birinə çevriləcəyini göstərir Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən digər mühüm məqam isə regionda sülh və sabitlik məsələsi oldu. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan və Ermənistan arasında əldə olunan sülh razılaşması regionda yeni əməkdaşlıq imkanları yaradır. Xüsusilə Orta Dəhlizin genişlənməsi və nəqliyyat əlaqələrinin inkişafı regionun iqtisadi potensialının daha səmərəli istifadə olunmasına şərait yaradacaq. Azərbaycanın Ermənistana neft məhsulları tədarükünə başlaması və tranzit məhdudiyyətlərinin aradan qaldırılması isə ölkəmizin sülhə sadiqliyinin praktik göstəricisi kimi qiymətləndirilə bilər”, - deyə V.Qafarov vurğulayıb Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin bu bəyanatı ümumilikdə Azərbaycanın həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqeyini bir daha nümayiş etdirir. Enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, bərpaolunan enerji və regional sülh kimi mühüm istiqamətlər üzrə aparılan siyasət Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına xidmət edir. Bu baxımdan Antonio Koştanın Azərbaycana səfəri və aparılan müzakirələr iki tərəf arasında strateji tərəfdaşlığın gələcək inkişafı üçün mühüm mərhələ kimi qiymətləndirilə bilər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır