Tenqri
Ana Sayfa
Dünya

Avstraliya iranlı qadın futbolçulara sığınacaq verdi

Avstraliya hökuməti Asiya Kubokunda iştirak etmək üçün bu ölkədə olan İranın futbol üzrə qadınlardan ibarət milli komandasının altı üzvünə sığınacaq verib 525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın daxili işlər naziri Toni Börk bildirib O, bəzi idmançıların təklifi ail

4 gün önce0 görüntüleme525.az
Avstraliya iranlı qadın futbolçulara sığınacaq verdi
Paylaş:

Avstraliya hökuməti Asiya Kubokunda iştirak etmək üçün bu ölkədə olan İranın futbol üzrə qadınlardan ibarət milli komandasının altı üzvünə sığınacaq verib 525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın daxili işlər naziri Toni Börk bildirib O, bəzi idmançıların təklifi ailələri ilə müzakirə etdiyini və Avstraliyada qalmağa qərar verdiklərini söyləyib. Börk qeyd edib ki, ilk əvvəl 7 nəfərə sığınacaq verilsə də, futbolçulardan biri son anda fikrini dəyişərək İrana qayıtmağı seçib Xatırladaq ki, Avstraliyada keçirilən Asiya Kubokunda iştirak edən İranın qadınlardan ibarət milli komandasının üzvləri ilk matçda dövlət himni səslənərkən susublar. Futbolçuların himni oxumaqdan imtina etməsi İranda ciddi narazılıqla qarşılanıb. Sonradan futbolçular ikinci və üçüncü matçlarda himni oxusalar da, komandanın bəzi üzvləri İrana qayıtmaqdan ehtiyat edərək Avtsraliya hökumətindən sığınacaq istəyiblər Məsələyə münasibət bildirən ABŞ prezidenti Donald Tramp qeyd edib ki, Avstraliyanın futbolçulara sığınacaq verməkdən imtina etməsi böyük səhv olar. Trampın sözlərinə görə, futbolçular ölkələrində çox güman ki, öldürüləcəklər. Bu səbəbdən də ABŞ prezidenti Avstraliyanın Baş nazirinə müraciət edərək futbolçulara sığınacaq verilməsini istəyib “Əgər siz sığınacaq verməsəniz, ABŞ onları qəbul edəcək”, - deyə D.Tramp fikrini tamamlayıb