Astara yük terminalının tikintisi layihəsi çərçivəsində aparılan işlırin həcmi açıqlanıb
Ötən il ərzində "Astara yük terminalının tikintisi" layihəsi çərçivəsində ikiaşırımlı Bağçasaray körpüsünün tikintisi işləri başa çatdırılıb, üçaşırımlı Kəmərbəndi körpüsü üzrə isə tikinti-quraşdırma işləri 83% yerinə yetirilib “APA-Economics” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən icl

Ötən il ərzində "Astara yük terminalının tikintisi" layihəsi çərçivəsində ikiaşırımlı Bağçasaray körpüsünün tikintisi işləri başa çatdırılıb, üçaşırımlı Kəmərbəndi körpüsü üzrə isə tikinti-quraşdırma işləri 83% yerinə yetirilib “APA-Economics” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb Hesabata əsasən, layihə çərçivəsində ofis binasının tikinti-quraşdırma işlərinin 98%-i yerinə yetirilib, yükdoldurma-yükboşaltma platforması və gömrük binası inşa olunaraq istifadəyə verilib “Astara (İran) dəmiryolu yükdoldurma-yükboşaltma terminalının ərazisindən keçən Virmuni çayının məcrasının dəyişdirilməsi və üzərində bir aşırımlı 4 ədəd dəmir yolu körpüsünün tikintisi üzrə işlər 98% yerinə yetirilib. Ümumi sahəsi 1 800 m² olan yükdoldurma-yükboşaltma platforması və 300 m² gömrük binası inşa olunaraq istifadəyə verilib. I və III platformada tikinti quraşdırma işləri tamamlanmış, II və V platformalarda, eyni zamanda konteyner platormasında isə işlər davam etdirilir. Konteyner platformasının beton işləri başa çatdırılıb və tikinti-quraşdırma işləri 99% yerinə yetirilib. Taxıl Terminalı üzrə dəmir yolu xəttinin 1 430 m hissəsi inşa edilib. Layihə üzrə ümumi fiziki tərəqqi 85,6% təşkil edib”, - hesabatda bildirilir Qeyd olunur ki, Ələt-Astara dəmiryol xəttinin, enerji və rabitə-işarəvermə sistemlərinin layihələndirilməsi, yenidən qurulması, tikintisi və tikinti altına düşən torpaqların özgəninkiləşdirilməsi layihəsi çərçivəsində dəmir yolu xətti və körpülərinin müfəssəl, elektrik təchizatı və rabitə-işarəvermə sistemlərinin konseptual layihələndirmə işləri başa çatdırılıb “Tikinti işlərini həyata keçirəcək podratçı şirkətlə müqavilə imzalanmış və Lot 1 (Ələt-Osmanlı) üzrə işlərin 47,52%-i həyata keçirilib”, - sənəddə vurğulanır