AQTA ilə KTN yanında İctimai Şura arasında arıçılıq, balıqçılıq və gülçülüklə bağlı fikir mübadiləsi aparılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbərliyi ilə Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında fəaliyyət göstərən İctimai Şura üzvləri arasında görüş keçirilib Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə kənd təsər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbərliyi ilə Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında fəaliyyət göstərən İctimai Şura üzvləri arasında görüş keçirilib Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə kənd təsərrüfatı sahəsində mövcud vəziyyət və aktual məsələlər müzakirə olunub İctimai Şura üzvləri tərəfindən arıçılıq, balıqçılıq, gülçülük, ixtisaslı kadr məsələləri və digər istiqamətlərdə mövcud problemlər diqqətə çatdırılıb, bu sahələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb Görüşün yekununda bu cür müzakirələrin mütəmadi olaraq aparılması və davamlı olması qərara alınıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır