Tenqri
Ana Sayfa
Dünya

AQTA "Erkən kəsimə son" adlı maarifləndirici kampaniyaya başlayıb

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Erkən kəsimə son" adlı maarifləndirici kampaniyaya başlayıb Bu barədə AZƏRTAC-a agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib “Məlum olduğu kimi, son dövrlərdə respublikada qaramalın 6-9 aylıq, qoyunları

2 gün önce0 görüntülemeazertag.az
AQTA "Erkən kəsimə son" adlı maarifləndirici kampaniyaya başlayıb
Paylaş:

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Erkən kəsimə son" adlı maarifləndirici kampaniyaya başlayıb Bu barədə AZƏRTAC-a agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib “Məlum olduğu kimi, son dövrlərdə respublikada qaramalın 6-9 aylıq, qoyunların isə 3-5 aylıq yaşda kəsiminin aparılması ənənəvi hal alıb. Bu da hər iki növə aid heyvanların məhsuldarlıq potensialı tam istifadə edilmədən təsərrüfatdan çıxarılması, yekunda isə məhsuldar heyvanların ümumi sayının azalması və istehsalın aşağı düşməsi ilə nəticələnir. Bu məqsədlə iri və xırdabuynuzlu heyvanların erkən yaşda kəsilməsinin qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərinə start verilib. Layihə çərçivəsində maarifləndirici materialların (buklet, broşür, poster, videoçarx və s.) hazırlanması və paylaşılması nəzərdə tutulur. Geniş ictimaiyyət media və sosial şəbəkələr vasitəsilə kampaniya barədə məlumatlandırılacaq”, - deyə məlumatda vurğulanıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır