Anar Quliyev: "Dünya əhalisinin evlə təminatı WUF13-ün əsas mövzusudur"
Dünya əhalisinin evlə təminatı Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əsas mövzusudur "Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib O qeyd edib ki, bu məsələnin həlli üçün maliyyə önəmlidir. Mənzillərin təkcə layihəl

Dünya əhalisinin evlə təminatı Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əsas mövzusudur "Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib O qeyd edib ki, bu məsələnin həlli üçün maliyyə önəmlidir. Mənzillərin təkcə layihələndirilməsi və inşası deyil, əhali üçün əlçatanlığı da vacib amildir: "Çünki dünya ölkələrində, şəhərlərdə kifayət qədər mənzil var və inşa olunmaqdadır, amma əhalinin müəyyən kateqoriyaları o mənzili əldə edə bilmir. Ona görə maliyyə məsələləri çox vacibdir. Azərbaycan bu sahədə bir çox işlər görür. İpoteka və Kredit Zəmanət Fondu illərdir, uğurla fəaliyyət göstərir. Mənzil İnşaatı Dövlət Agentliyi də mənzil əlçatanlığı məsələlərini təmin edir. Bununla bərabər, bir sıra digər alətlər də var. Biz təcrübəmizi bölüşməyə hazırıq və bölüşmək niyyətindəyik" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir