Anaklaudiya Rossbax: "WUF13 şəhər inkişafı üçün son dərəcə əhəmiyyətli bir dövrdə keçiriləcək"
Ümumdünya Şəhərsalma Forumu (WUF13) son dərəcə vacib bir dövrdə keçiriləcək və forumda şəhər inkişafı sahəsində gələcək addımlar razılaşdırılacaq "Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax martın 14-də XIII Qlobal Bakı Forumu çərç

Ümumdünya Şəhərsalma Forumu (WUF13) son dərəcə vacib bir dövrdə keçiriləcək və forumda şəhər inkişafı sahəsində gələcək addımlar razılaşdırılacaq "Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax martın 14-də XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən brifinqdə bildirib O vurğulayıb ki, mənzil və şəhər inkişafı məsələlərinə görə cavabdeh olan nazirlər əldə olunmuş irəliləyişləri müzakirə etmək və gələcək addımları müəyyənləşdirmək üçün Bakıda WUF13-də bir araya gələcəklər "Ümumdünya Şəhərsalma Forumu üzv dövlətlərin BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda Yeni Şəhər Gündəliyinin icrasını nəzərdən keçirəcəyi iyul ayından cəmi bir neçə ay əvvəl baş tutacaq Bakıda əldə edilmiş irəliləyişləri müzakirə etmək və gələcək addımları müəyyənləşdirmək üçün mənzil və şəhər inkişafı məsələlərinə görə cavabdeh olan nazirləri bir araya gətirəcəyik Bu il Nyu-Yorkda dayanıqlı şəhərlər və yaşayış yerlərinə həsr olunmuş 11-ci Dayanıqlı İnkişaf Məqsədi (DİM) icmalı da nəzərdən keçiriləcək. Biz mənzil əlçatanlığı və qeyri-formal məskunlaşma probleminə aid olan 11.1-ci Dayanıqlı İnkişaf Məqsədi göstəricisindən ciddi şəkildə narahatıq. Bu məsələ də burada, Bakıda müzakirə olunacaq. Biz hələ də 11-ci DİM məqsədlərinə çatmaqdan çox uzağıq", - o bildirib Rossbax qeyd edib ki, hazırda dünyada ciddi mənzil böhranı var "Bu gün xeyli sayda insan son dərəcə həssas və qeyri-sabit şəraitdə yaşayır. Bizim hesablamalarımıza görə, 300 milyona yaxın insan evsizdir, 1 milyarddan çox insan təmiz suya, baza infrastrukturuna və əsas xidmətlərə – səhiyyə, təhsil, şəhər imkanları və iş yerlərinə çıxışı olmadan qeyri-rəsmi yaşayış məntəqələrində və ya gecəqondularda yaşayır. Bizim qiymətləndirmələrimizə görə, planet əhalisinin demək olar ki, yarısı – təqribən 3 milyard insan bu gün qeyri-uyğun mənzil şəraitində yaşayır", - o əlavə edib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir