Anaklaudia Rosbax: Dünyada 3 milyard insan qeyri-uyğun yaşayış şəraitində yaşayır
Hazırda dünya əhalisinin təxminən yarısı – 3 milyard insan qeyri-uyğun yaşayış şəraitində yaşayır və planet hələ tam şəhərləşmə mərhələsinə çatmayıb AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rosbax Ümumdünya Şəhərsalma Forumunun 13-c

Hazırda dünya əhalisinin təxminən yarısı – 3 milyard insan qeyri-uyğun yaşayış şəraitində yaşayır və planet hələ tam şəhərləşmə mərhələsinə çatmayıb AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rosbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) həsr olunan brifinq zamanı deyib Rosbax bildirib ki, yaxın onilliklərdə daha 2 milyard insan şəhərlərə köçəcək. Nəticədə dünyanın təxminən 70 faizi şəhərləşmiş olacaq. Onun sözlərinə görə, əsasən Afrika və Cənub-Şərqi Asiya regionlarında gözlənilən bu əhali artımının düzgün yerləşdirilməsi mühüm çağırış olacaq UN-Habitat rəhbəri qeyd edib ki, təhlükəsiz və münasib mənzil yalnız yaşayış yeri deyil, həm də insanların sağlam həyat sürməsi, uşaqların təhsil alması və iş imkanlarına çıxış əldə etməsi üçün əsas şərtdir “Beləliklə, 2030-cu il üçün müəyyən edilmiş BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün vaxt son dərəcə məhduddur, çünki son tarix sürətlə yaxınlaşır”, – deyə o əlavə edib Rosbax bildirib ki, BMT-nin Məskunlaşma Proqramı fəaliyyətində yeni Şəhərsalma Gündəliyi sənədini rəhbər tutur. Bu sənəd 2016-cı ildə Kito şəhərində keçirilmiş Habitat III Zirvə Görüşü zamanı təsdiqlənib Onun sözlərinə görə, bu il sənədin qəbul edilməsinin 10 ili tamam olur və bu müddət ərzində əldə olunan nəticələrin qiymətləndirilməsi vacibdir. Rosbax vurğulayıb ki, yeni Şəhərsalma Gündəliyi 2036-cı ilə qədər həyata keçiriləcək uzunmüddətli çərçivə sənədidir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır