Tenqri
Ana Sayfa
Dünya

AMB Qazaxıstanda keçirilmiş regional tədbirdə iştirak edib

Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində keçirilmiş "Mərkəzi bankın etibarlılığı və siyasət effektivliyi üçün kommunikasiya" mövzusunda regional tədbirdə iştirak edib Məlumata görə, Beynəlxalq Valyuta Fondunun (IMF) Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə T

3 gün önce0 görüntülemereport.az
AMB Qazaxıstanda keçirilmiş regional tədbirdə iştirak edib
Paylaş:

Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində keçirilmiş "Mərkəzi bankın etibarlılığı və siyasət effektivliyi üçün kommunikasiya" mövzusunda regional tədbirdə iştirak edib Məlumata görə, Beynəlxalq Valyuta Fondunun (IMF) Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Texniki Yardım Mərkəzi ilə Cənubi Asiya Regional Təlim və Texniki Yardım Mərkəzinin birgə təşkil etdiyi tədbirdə regionun mərkəzi bank nümayəndələri, kommunikasiya üzrə ekspertlər və beynəlxalq maliyyə institutlarının təmsilçiləri iştirak edib. Dördgünlük tədbir çərçivəsində mərkəzi bank kommunikasiyasının müasir çağırışları, ictimai etimadın gücləndirilməsi, eləcə də monetar siyasət üzrə məlumatlılığın artırılmasında kommunikasiya alətlərinin rolu ətrafında fikir mübadiləsi aparılıb Tədbirin "Mərkəzi bank kommunikasiyası: ölkə təcrübələri" adlı interaktiv sessiyası çərçivəsində AMB-nin departament direktoru Tural İsmayılov qurumun kommunikasiya fəaliyyətinə dair təcrübəsini iştirakçılarla bölüşüb. O, AMB-nin kommunikasiya strategiyası, monetar siyasət qərarlarının ictimaiyyətə çatdırılması və institusional şəffaflığın gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüsləri barədə təqdimat edib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir