Tenqri
Ana Sayfa
Dünya

Alman dəqiqliyi, səmimiyyət və sakit həyat – FOTOREPORTAJ

Alman dəqiqliyi, səmimiyyət və sakit həyat – FOTOREPORTAJ Almaniyanın cənubunda yerləşən Münxen ilk baxışdan sakit və nizamlı təsiri bağışlayan biznes, texnologiya, sənaye və mədəniyyət mərkəzidir Almaniyanın cənubunda yerləşən Münxen ilk baxışdan sakit və nizamlı təsiri bağışlayan biznes, texnol

4 gün önce0 görüntülemeazertag.az
Alman dəqiqliyi, səmimiyyət və sakit həyat – FOTOREPORTAJ
Paylaş:

Alman dəqiqliyi, səmimiyyət və sakit həyat – FOTOREPORTAJ Almaniyanın cənubunda yerləşən Münxen ilk baxışdan sakit və nizamlı təsiri bağışlayan biznes, texnologiya, sənaye və mədəniyyət mərkəzidir Almaniyanın cənubunda yerləşən Münxen ilk baxışdan sakit və nizamlı təsiri bağışlayan biznes, texnologiya, sənaye və mədəniyyət mərkəzidir. Sakit təsir bağışlasa da, onun sinəsində əsrlərin yaddaşı, zəngin mədəniyyət və daim hərəkətdə olan bir həyat çağlayır. İzar çayı sahillərində, Alp dağlarının şimal yamaclarında qərar tutan şəhər Berlin və Hamburqdan sonra ölkənin üçüncü ən böyük yaşayış məskənidir. “Münxen” sözünün mənası qədim alman dilində "rahiblərin yaşadığı yer" deməkdir. Şəhərin əsası rahiblər tərəfindən qoyulub və onun gerbində rahib şəklinin təsvir olunması da buradan qaynaqlanır. Burada tarixlə müasirlik qol-boyun olub. Hazırda dünyada ən yüksək həyat səviyyəsinə malik olan şəhərlərdən hesab olunan Münxendə ətraf mühit nisbətən daha təmizdir, yaşayış üçün təhlükəsiz və sakitliyi ilə diqqəti cəlb edir. Bavariyanın ürəyi sayılan Marienplatz meydanında dayananda orta əsrlərlə yanaşı, müasirliyin də nəfəsi duyulur. Parlaq şüşəli binalar və tarixi memarlıq nümunələri sanki bir harmoniya yaradır. Şəhər sarayının saat qülləsi hər gün eyni mənzərəni canlandırsa da, hər dəfə fərqli görünür. Qotik üslubda ucalan Frauenkirchenin iki qülləsi isə üzü səmaya dua edən əlləri xatırladır. Sakinlər milli geyimdə – dirndl və lederhosenlə gəzişirlər, amma eyni küçədə dünyanın ən müasir avtomobilləri şütüyür. Münxen təkcə pivə festivalının keçirildiyi məkan deyil, Bavariya mədəniyyəti, musiqisi və hərarətinin təntənəsidir. Böyük çadırlarda səslənən xalq mahnıları, uzun taxta masalarda yan-yana oturan sakinlər, havada dolaşan təzə bişmiş pretzel qoxusu – bütün bunlar şəhərin sosial ruhunu canlandırır. Bununla yanaşı, yaşıllıqlar içindəki şəhər həm də bir sakitlik adasıdır. Burada velosiped sürür, çəmənlikdə kitab oxuyur, çay kənarında düşüncələrə dalırlar. Münxenin küçələrində alman dəqiqliyi səmimiyyətlə tamamlanır. Kafelərdə sakit söhbətlər, muzeylərdə incəsənətə hörmət, stadionlarda isə futbol coşqusu bir araya gəlir. AZƏRTAC-ın fotomüxbiri Orxan Kərimovun lentə aldığı kadrlar da göstərir ki, şəhər sadəcə daş və binalardan ibarət deyil, sanki bir ruh halı, keçmişlə bu gün arasında qurulmuş körpüdür. Münxenin bir özəlliyi də hay-küyün, yüksək səslənmənin olmamasıdır, necə deyərlər, sanki heç kim qışqırmır, hamı düşünür, xəyala dalır. Şəhər onu görən hər kəsin yaddaşında sakit və silinməz iz buraxır… Almaniyanın cənubunda yerləşən Münxen ilk baxışdan sakit və nizamlı təsiri bağışlayan biznes, texnologiya, sənaye və mədəniyyət mərkəzidir. Sakit təsir bağışlasa da, onun sinəsində əsrlərin yaddaşı, zəngin mədəniyyət və daim hərəkətdə olan bir həyat çağlayır. İzar çayı sahillərində, Alp dağlarının şimal yamaclarında qərar tutan şəhər Berlin və Hamburqdan sonra ölkənin üçüncü ən böyük yaşayış məskənidir. “Münxen” sözünün mənası qədim alman dilində "rahiblərin yaşadığı yer" deməkdir. Şəhərin əsası rahiblər tərəfindən qoyulub və onun gerbində rahib şəklinin təsvir olunması da buradan qaynaqlanır. Burada tarixlə müasirlik qol-boyun olub Hazırda dünyada ən yüksək həyat səviyyəsinə malik olan şəhərlərdən hesab olunan Münxendə ətraf mühit nisbətən daha təmizdir, yaşayış üçün təhlükəsiz və sakitliyi ilə diqqəti cəlb edir. Bavariyanın ürəyi sayılan Marienplatz meydanında dayananda orta əsrlərlə yanaşı, müasirliyin də nəfəsi duyulur. Parlaq şüşəli binalar və tarixi memarlıq nümunələri sanki bir harmoniya yaradır. Şəhər sarayının saat qülləsi hər gün eyni mənzərəni canlandırsa da, hər dəfə fərqli görünür. Qotik üslubda ucalan Frauenkirchenin iki qülləsi isə üzü səmaya dua edən əlləri xatırladır. Sakinlər milli geyimdə – dirndl və lederhosenlə gəzişirlər, amma eyni küçədə dünyanın ən müasir avtomobilləri şütüyür Münxen təkcə pivə festivalının keçirildiyi məkan deyil, Bavariya mədəniyyəti, musiqisi və hərarətinin təntənəsidir. Böyük çadırlarda səslənən xalq mahnıları, uzun taxta masalarda yan-yana oturan sakinlər, havada dolaşan təzə bişmiş pretzel qoxusu – bütün bunlar şəhərin sosial ruhunu canlandırır. Bununla yanaşı, yaşıllıqlar içindəki şəhər həm də bir sakitlik adasıdır. Burada velosiped sürür, çəmənlikdə kitab oxuyur, çay kənarında düşüncələrə dalırlar. Münxenin küçələrində alman dəqiqliyi səmimiyyətlə tamamlanır. Kafelərdə sakit söhbətlər, muzeylərdə incəsənətə hörmət, stadionlarda isə futbol coşqusu bir araya gəlir AZƏRTAC-ın fotomüxbiri Orxan Kərimovun lentə aldığı kadrlar da göstərir ki, şəhər sadəcə daş və binalardan ibarət deyil, sanki bir ruh halı, keçmişlə bu gün arasında qurulmuş körpüdür. Münxenin bir özəlliyi də hay-küyün, yüksək səslənmənin olmamasıdır, necə deyərlər, sanki heç kim qışqırmır, hamı düşünür, xəyala dalır. Şəhər onu görən hər kəsin yaddaşında sakit və silinməz iz buraxır… 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır