Ali Tsokayev: "Avropada qazandığım ilk qızıl medaldır"
Serbiyanın Zrenyanin şəhərində təşkil olunan 23 yaşadək güləşçilər arasında Avropa çempionatının qalibi olan Azərbaycan güləşçisi Ali Tsokayev ilk qızıl medalını əldə etdiyi üçün sevinclidir Oxu.Az "Report"a istinadən xəbər verir ki, güləşçi bunu yarışdan sonra jurnalistlərə açıqlamasında deyib

Serbiyanın Zrenyanin şəhərində təşkil olunan 23 yaşadək güləşçilər arasında Avropa çempionatının qalibi olan Azərbaycan güləşçisi Ali Tsokayev ilk qızıl medalını əldə etdiyi üçün sevinclidir Oxu.Az "Report"a istinadən xəbər verir ki, güləşçi bunu yarışdan sonra jurnalistlərə açıqlamasında deyib Avropa çempionu növbəti hədəflərindən də danışıb: "Bu, Avropada qazandığım ilk qızıl medaldır. Əvvəllər dünya çempionatında da ilk üçlükdə yer almışdım, lakin qızıl medal qazanmaq qismət olmamışdı. Allahın köməyi ilə bu dəfə qalib gəlməyi bacardım Məşqçi heyətinə, Azərbaycanın güləş üzrə yığma komandasına, eləcə də üzərimizdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. İnşallah, gələcəkdə daha böyük nəticələr göstərəcəyik. Bizə azarkeşlik edən, həyəcanlanan hər kəsə minnətdaram. Bu uğurların davamı gələcək" Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın