Tenqri
Ana Sayfa
Dünya

Akademik: AMEA rəqəmsal inkişaf istiqamətində üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirir

AMEA Rəyasət Heyətinin növbəti iclasında Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2026-cı il 27 fevral tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr barədə müzakirələr aparılıb

3 gün önce0 görüntülemeazertag.az
Akademik: AMEA rəqəmsal inkişaf istiqamətində üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirir
Paylaş:

AMEA Rəyasət Heyətinin növbəti iclasında Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2026-cı il 27 fevral tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr barədə müzakirələr aparılıb. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Fəaliyyət Planında AMEA-nın da qarşısına bir sıra vəzifələr qoyulub Son illərdə dövlətimizin başçısı tərəfindən ölkəmizdə süni intellektin və rəqəmsal texnologiyaların inkişafı istiqamətində ardıcıl sənədlərin qəbul edildiyini deyən akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı nitqində Azərbaycanda süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal texnologiyaların inkişafında alimlərimiz qarşısında da bir sıra vəzifələr qoyduğunu xatırladıb. Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, AMEA-da son illərdə bu yöndə bir çox mühüm addımlar atılıb. AMEA-nın Rəyasət Heyəti aparatında Elektron Akademiya şöbəsinin yaradıldığını, daha sonra yeni reallıq şəraitində şöbənin adının Rəqəmsal Akademiya, süni intellekt və elektron xidmətlər olaraq dəyişdirildiyini, həmçinin elmi müəssisə və təşkilatlardakı Elektron xidmətlər şöbələrinin bazasında Rəqəmsal elm sahəsi və süni intellekt şöbələrinin yaradıldığını bildirib Bundan əlavə, Milli Elmlər Akademiyasında sənəd dövriyyəsinin tam elektronlaşdırıldığını, eləcə də elektron kitabxana və elektron arxiv quruculuğu istiqamətində işlərin yüksək səviyyədə davam etdirildiyini, Akademiyanın ilkin rəqəmsal arxitekturasının formalaşdırıldığını vurğulayıb Akademik İsa Həbibbəyli AMEA-nın bu istiqamətdə öz üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirdiyini deyib, süni intellekt sahəsində kadr seçimi ilə bağlı bir sıra tapşırıqlarını verib Rəyasət Heyəti tərəfindən qeyd olunan məsələ ilə bağlı müvafiq qərar qəbul olunub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır