Aİ müharibədən zərər çəkmiş Yaxın Şərq regionu üçün 458 milyon avroluq humanitar yardım ayırıb
Avropa Komissiyası Fələstin, Livan, Suriya, İordaniya və Misir üçün 458 milyon avro dəyərində humanitar yardım ayıracağını açıqlayıb AZƏRTAC xəbər verir ki, qurumun məlumatında Avropa İttifaqının (Aİ) əsas donorların regiondan çıxması və beynəlxalq humanitar hüququn misli görünməmiş gərginlik altın

Avropa Komissiyası Fələstin, Livan, Suriya, İordaniya və Misir üçün 458 milyon avro dəyərində humanitar yardım ayıracağını açıqlayıb AZƏRTAC xəbər verir ki, qurumun məlumatında Avropa İttifaqının (Aİ) əsas donorların regiondan çıxması və beynəlxalq humanitar hüququn misli görünməmiş gərginlik altında olması ilə əlaqədar milyonlarla insana həyati yardımları davam etdirdiyi bildirilib. Yardım proqramı çərçivəsində Suriyaya 210, Fələstinə 124, Livana 100, İordaniyaya 15,5, Misirə isə 8 milyon avro ayrılması nəzərdə tutulur Bu vəsait Suriyada təcili humanitar yardım və mülki əhalinin qorunmasına, o cümlədən ərzaq yardımı, səhiyyə, sığınacaq, təmiz su və məktəbdən kənarda qalan uşaqlar üçün təhsil məsələlərinə yönəldiləcək. Aİ-nin məlumatında 2024-cü ilin dekabrında Suriyada rejimin dəyişməsindən sonra 16,5 milyon insan humanitar yardıma ehtiyac duyduğu bildirilib Fələstin üçün ayrılan vəsait ərzaq yardımı, səhiyyə xidmətləri, mülki əhalinin müdafiəsi, sığınacaq və təhsil proqramlarına cəlb olunacaq. Hazırda Fələstində 3,3 milyondan çox insanın yardıma ehtiyac duyduğu, o cümlədən onların 2,1 milyonunun Qəzzada yaşadığı qeyd edilib Livanda təcili səhiyyə xidməti, ailələr üçün əsas yardım, müdafiə xidmətləri, sığınacaq və məktəbdən kənar uşaqlar üçün təhsil problemləri maliyyələşdiriləcək. Bu ölkədə humanitar durum İranda davam edən müharibə ilə əlaqədar daha da ağırlaşıb İordaniyada həm düşərgələrdə, həm də düşərgələrdən kənarda yaşayan qaçqınların ehtiyaclarının ödənilməsi, Misirdə isə məktəbdən kənar uşaqlar üçün keyfiyyətli təhsil və fəlakətlərə hazırlıq üzrə regional proqramlar maliyyələşdiriləcək. Misirdə xüsusən Sudan və Qəzzadan olan 1,5 milyondan çox qaçqın və sığınacaq axtaran şəxs məskunlaşıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır