Aİ kiberhücumlara görə İran və Çinə sanksiyalar tətbiq edib
Avropa İttifaqı blokun üzv dövlətlərinə qarşı kiberhücumlara görə iki Çin və bir İran şirkətinə sanksiyalar tətbiq edib "Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytında dərc olunmuş məlumatda deyilir Məlumata əsasən, Çinin "Integrity Technology Group" və "Anxun Information Technol

Avropa İttifaqı blokun üzv dövlətlərinə qarşı kiberhücumlara görə iki Çin və bir İran şirkətinə sanksiyalar tətbiq edib "Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytında dərc olunmuş məlumatda deyilir Məlumata əsasən, Çinin "Integrity Technology Group" və "Anxun Information Technology" şirkətləri, eləcə də İranın "Emennet Pasargad" şirkəti sanksiya siyahısına daxil edilib "Integrity Technology" Aİ-nin üzvü olan 6 ölkədə 65 mindən çox qurğunun sındırılmasına kömək edib Aİ-nin məlumatına görə, "Anxun" şirkəti kritik infrastruktura qarşı yönəlmiş haker xidmətləri təqdim edib, şirkətin iki həmtəsisçisi də kiberhücumlarda iştirakına görə sanksiya siyahısına salınıb Məlumatda vurğulanır ki, "Emennet" 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunları zamanı dezinformasiya yaymaq üçün reklam bilbordlarına kiberhücum edib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir