ADA Universitetinin Gəncə şəhərində həyata keçirdiyi layihənin növbəti mərhələsinə başlanılıb
Gəncə şəhərində “Yaradıcılıq, innovasiya və sahibkarlıq” layihəsinin növbəti mərhələsinin rəsmi açılış tədbiri keçirilib Universitetdən AZƏRTAC-a bildirilib ki, layihə ADA Universitetinin təşəbbüsü, ADA Universiteti Fondunun və “PAŞA Holdinq”in maliyyə dəstəyi, həmçinin Mədəni və Yaradıcı Sənayelər

Gəncə şəhərində “Yaradıcılıq, innovasiya və sahibkarlıq” layihəsinin növbəti mərhələsinin rəsmi açılış tədbiri keçirilib Universitetdən AZƏRTAC-a bildirilib ki, layihə ADA Universitetinin təşəbbüsü, ADA Universiteti Fondunun və “PAŞA Holdinq”in maliyyə dəstəyi, həmçinin Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin tərəfdaşlığı ilə 2025-ci ilin iyun ayından etibarən Gəncə şəhəri və ətraf bölgələrdə yaşayan gənclər üçün həyata keçirilir. Təlim proqramının əsas məqsədi gənclərdə analitik düşüncə, problem həlletmə, alqoritmik yanaşma və texnoloji həllərin hazırlanması bacarıqlarını inkişaf etdirmək, onları müasir əmək bazarının tələblərinə daha hazırlıqlı etməkdir Tədbirin açılışında ADA Universitetinin strategiya və inkişaf üzrə prorektoru Vəfa Kazdal qeyd edib ki, müasir və keyfiyyətli təhsili daha geniş auditoriya üçün əlçatan etmək məqsədilə ADA Universiteti regionlarda fəaliyyətini genişləndirir, gənclərin innovasiya, yaradıcılıq və liderlik bacarıqlarının inkişafı üçün yeni imkanlar yaradır Layihə çərçivəsində təlimlər “Backend” proqramlaşdırmanın əsasları, Data elmi və süni intellektin əsasları, həmçinin “AI4Art” - incəsənətdə süni intellekt tətbiqləri istiqamətləri üzrə həyata keçirilir. Dərslər ADA Universitetinin müəllimləri tərəfindən tədris olunur. Fevralın 14-dən etibarən başlayan təlimlər Gəncə şəhərində dörd ay müddətində intensiv və hibrid formatda təşkil edilir. Proqram çərçivəsində iştirakçılar nəzəri biliklərlə yanaşı, praktiki tapşırıqlar və tətbiqi məşğələlər vasitəsilə əldə etdikləri bilikləri real layihələr üzərində tətbiq etmək imkanı qazanırlar. Bu proses gənclərin əmək bazarına uyğun texniki bacarıqlar əldə etməsinə şərait yaradır. Təlim müddətində iştirakçıların ünsiyyət, komanda işi, təqdimat və vaxtın idarə olunması kimi bacarıqlarının inkişafı üçün əlavə seminar və praktiki məşğələlər də təşkil olunur. Proqramı uğurla başa vuran iştirakçılar üçün, həmçinin təcrübə və karyera imkanları yaradılır. Bu məqsədlə “SABAH Hub” tərəfindən layihə iştirakçıları üçün təcrübə proqramları təşkil edilir. Hazırda layihənin birinci mərhələsini tamamlamış gənclərdən bir neçəsi “SABAH Hub”da ödənişli təcrübə proqramında iştirak edir. Onlardan biri, Gəncə Dövlət Universitetinin riyaziyyat və informatika müəllimliyi ixtisasının üçüncü kurs tələbəsi Sirac Əkbərov proqramın çox faydalı və praktikyönümlü olduğunu qeyd edib. Onun sözlərinə görə, proqram çərçivəsində təqdim olunan nəzəri biliklər və praktiki tapşırıqlar süni intellekt sahəsində anlayışını dərinləşdirib, müəllimlərin mentorluğu və real layihələr üzərində işləmək imkanı isə öyrəndiklərini praktikada tətbiq etməyə şərait yaradıb Layihə, həmçinin karyeraya hazırlıq istiqamətində “McKinsey” şirkəti tərəfindən həyata keçirilən “Parlaq İnkişafa Körpü” təşəbbüsü ilə də dəstəklənir. Bu təşəbbüs çərçivəsində ötən il layihədə iştirak etmiş gənclər arasından seçilmiş dörd nəfər peşəkar mentorlarla əlaqələndirilərək onlar üçün fərdi mentorluq proqramı təşkil olunub. Mentorluq prosesi zamanı iştirakçılara karyera planlaması, peşəkar inkişaf və ixtisaslaşma istiqamətində məqsədyönlü tövsiyələr təqdim edilib Qeyd edək ki, “Yaradıcılıq, innovasiya və sahibkarlıq” layihəsi Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinə və ADA Universitetinin hazırlanmaqda olan cu illəri əhatə edən Strateji Planına uyğun olaraq regionlarda müasir təhsilə çıxış imkanlarının genişləndirilməsinə, yaradıcı və innovativ gənclərin yetişdirilməsinə xidmət edir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır