“Ad günü şamları”nın xüsusi nümayişləri sona çatıb
Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik ili” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi olan “Ad günü şamları” tammetraj sənədli filmi və onun nümayişi layihəsinin icrası yekunlaşıb 525.az xəbər verir ki, adıçəkilən filmin gənclər, yeniyetmələr üçün 4 xüsus

Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik ili” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi olan “Ad günü şamları” tammetraj sənədli filmi və onun nümayişi layihəsinin icrası yekunlaşıb 525.az xəbər verir ki, adıçəkilən filmin gənclər, yeniyetmələr üçün 4 xüsusi-qapalı nümayişi Biləsuvar rayonu Biləsuvar Gənclər evi, Xəzər rayonu Mədəniyyət və sənətkarlıq üzrə Bakı Dövlət Peşə Məktəbi, Sumqayıt şəhəri Sumqayıt Gənclər Evi, Lənkəran şəhəri Lənkəran Gənclər Mərkəzində baş tutdu. Bu film könüllü yollandığı İkincin Qarabağ müharibəsində məhz öz doğum günündə hər iki gözünü itirən qazi Kamran Baxşızadənin həyatından, ümidlərindən, müharibədən sonrakı həyat əzmindən və mübarizəsindən bəhs edir. Filmin hər nümayişindən sonra gənc tamaşaçılarla müzakirəsi aparılıb. Nümayişlərin keçirilməsində əsas məqsəd gənc nəsildə vətənpərvərliyin təbliği ilə yanaşı, gənc kinematoqrafçılar və onların işləri, müasir Azərbaycan kinosu ilə gənc və yeniyetmələri yaxından tanış etmək, gənc nəsildə xüsusilə sənədli kino mədəniyyətinin formalaşmasına töhfə vermək idi. Layihə öz məqsədinə 4 xüsusi nümayişlə 214 nəfər gənc tamaşaçıya filmi təqdim etməklə nail olub Filmin quruluşçu rejissoru Murad Allahverdi, produserləri Afaq Yusifli, Murad Allahverdi, Nicat Dadaşov, Tural Əhmədsoy, quruluşçu operatorları Oktay Namazov, Murad Allahverdi, Afaq Yusifli, xətti produseri Elşad Rzayev, bəstəkarı Nigar Süleyman, montaj rejissoru Oktay Namazov, səs rejissoru Nadir Mahmudov, koloristi Edka Kızıltepedir “ButaFilm” istehsalı olan film həm də Azərbaycan Respublikası Kino Agentliyinin “Post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsinin” 2025-ci il üzrə qalib iştirakçılarındandır Layihə Gənc Film İstehsalçıları Assosiasiyasının təşkilatçılığı, ARKA-nın əməkdaşlığı, Biləsuvar rayonu Gənclər evi, Lənkəran şəhəri Gənclər Mərkəzi, Sumqayıt şəhəri Gənclər evi, Mədəniyyət və sənətkarlıq üzrə Bakı Dövlət Peşə təhsil mərkəzinin təşkilati dəstəyi ilə həyata keçirilib