Tenqri
Ana Sayfa
Dünya

ABF rəsmisi: İspaniya üzərində qələbə həm də Olimpiadadakı məğlubiyyətin revanşı oldu

İlk dəfə iştirak etdiyimiz turnirdə gümüş medal qazanmaq gözəl nəticədir və bu uğuru yüksək qiymətləndirirəm. Komandamız turnirdə çox yaxşı mübarizə apardı. Qızların göstərdiyi oyun və əzmkarlıqdan razı qaldım. Onlar sonadək döyüşdülər və böyük əzmkarlıq nümayiş etdirdilər Bu sözləri AZƏRTAC-a açıq

yaklaşık 4 saat önce0 görüntülemeazertag.az
ABF rəsmisi: İspaniya üzərində qələbə həm də Olimpiadadakı məğlubiyyətin revanşı oldu
Paylaş:

İlk dəfə iştirak etdiyimiz turnirdə gümüş medal qazanmaq gözəl nəticədir və bu uğuru yüksək qiymətləndirirəm. Komandamız turnirdə çox yaxşı mübarizə apardı. Qızların göstərdiyi oyun və əzmkarlıqdan razı qaldım. Onlar sonadək döyüşdülər və böyük əzmkarlıq nümayiş etdirdilər Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) vitse-prezidenti Fərrux Mahmudov qadınlardan ibarət 3x3 basketbol millisinin Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda gümüş medal qazanması ilə bağlı danışarkən deyib Əsas hədəflərinin qrupdan çıxmaq olduğunu xatırladan ABF rəsmisi bildirib ki, yığma ilk oyunda güclü Kanada seçməsinə məğlub olsa da, ruhdan düşməyib: “İkinci matçda ev sahibi Tailand millisinə qalib gələrək qrupdan çıxmaq şanslarımızı saxladıq. Qrup mərhələsində həlledici oyunumuz əsas rəqiblərimizdən biri sayılan İspaniya millisinə qarşı oldu. “Paris-2024” Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olan rəqib turnirə Olimpiadada çıxış etmiş eyni heyətlə qatılmışdı. Komandamız ispanları məğlub etməklə Olimpiadadakı məğlubiyyətin də revanşını aldı və biz qrupdan çıxaraq yarımfinala vəsiqə qazandıq. Qrupda İspaniya yığması, yarımfinalda isə basketbolun yaradıcıları sayılan ABŞ yığmasına qarşı qazandığımız qələbələr bizim üçün çox önəmli və dəyərli nəticələrdir” F.Mahmudov final görüşündə rəqibin daha dəqiq oynadığını söyləyib: “Həlledici mərhələdə isə turnirin favoritlərindən hesab olunan Niderland millisi ilə üz-üzə gəldik. Rəqib komandanın uzaq məsafədən atışlarda daha dəqiq oynaması görüşün taleyini həll etdi. Nəticədə qələbə qazanan tərəf Niderland oldu. Məncə oyunun taleyini müəyyən edən əsas məqam da məhz bu amil idi” Qeyd edək ki, üç gün davam edən turnirin qalibi Olimpiya Təsnifat turnirinə lisenziya əldə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır