Tenqri
Ana Sayfa
Dünya

ABŞ münaqişə başlayandan bəri Yaxın Şərqə 10 min süni intellektlə işləyən dron yerləşdirib

İrana qarşı hərbi əməliyyatın başlanmasından bəri ABŞ Yaxın Şərqə süni intellekt texnologiyası ilə təchiz olunmuş təxminən 10 min dron göndərib AZƏRTAC xəbər verir ki, bu barədə “ABC News” mənbəyə istinadla məlumat yayıb Məlumata görə, söhbət “Merops” sistemlərindən gedir. Bu sistemlər düşmən pilo

2 gün önce0 görüntülemeazertag.az
ABŞ münaqişə başlayandan bəri Yaxın Şərqə 10 min süni intellektlə işləyən dron yerləşdirib
Paylaş:

İrana qarşı hərbi əməliyyatın başlanmasından bəri ABŞ Yaxın Şərqə süni intellekt texnologiyası ilə təchiz olunmuş təxminən 10 min dron göndərib AZƏRTAC xəbər verir ki, bu barədə “ABC News” mənbəyə istinadla məlumat yayıb Məlumata görə, söhbət “Merops” sistemlərindən gedir. Bu sistemlər düşmən pilotsuz uçuş aparatlarını aşkarlamaq və onlara qarşı mübarizə aparmaq üçün istifadə olunur. Telekanalın məlumatına görə, “Merops” sistemləri Ukraynada da tətbiq olunur ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker daha əvvəl bildirib ki, Vaşinqton İranın “Şahid” dronlarına qarşı bahalı “Patriot” raket sisteminə alternativ axtarır. O qeyd edib ki, tək bir “Patriot” raketinin buraxılışı 4 milyon dollara başa gəlir, bu isə 20 min dollardan az olan “Şahid” dronlarına qarşı müdafiəni çox bahalaşdırır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır