ABŞ-dən NATO-ya xəbərdarlıq - Hörmüz boğazı münasibətlərdə barometr rolunda - ŞƏRH
Yaxın Şərq böhranı ABŞ-nin müttəfiqləri ilə də müəyyən problemlərin yaşanmasına səbəb olub. Ötən gün Prezident Donald Tramp NATO-dakı müttəfiqlərinə xəbərdarlıq edərək bildirib ki, onlar ABŞ-yə yardım etməzsə, o halda Şimali Atlantik Alyansını "çox pis gələcək" gözləyə bilər O, martın 14-də sosial

Yaxın Şərq böhranı ABŞ-nin müttəfiqləri ilə də müəyyən problemlərin yaşanmasına səbəb olub. Ötən gün Prezident Donald Tramp NATO-dakı müttəfiqlərinə xəbərdarlıq edərək bildirib ki, onlar ABŞ-yə yardım etməzsə, o halda Şimali Atlantik Alyansını "çox pis gələcək" gözləyə bilər O, martın 14-də sosial şəbəkədəki səhifəsində Avropa və Asiyanın bir sıra ölkələrini Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətinin müdafiəsi üçün hərbi gəmilər göndərməyə çağırıb. Bildirib ki, Çin, Fransa, Yaponiya, Cənubi Koreya, Böyük Britaniya və bu məhdudiyyətdən zərər çəkən başqa dövlətlərin əraziyə mövcud təhlükəyə son qoymaq üçün gəmilər göndərəcəklərinə ümid edir Ağ Evin rəhbəri bəyan edib ki, Tehran hələ də bu ən mühüm dəniz marşrutuna pilotsuz uçuş aparatı buraxmaq, mina atmaq və ya yaxın mənzilli raket buraxmaq imkanına malikdir: "Birləşmiş Ştatlar bombalarla sahil xəttini toz-torpağa çevirəcək və İran qayıqlarını, gəmilərini daim məhv edəcək. Bu və ya başqa cür, biz tezliklə Hörmüz boğazını açıq, təhlükəsiz və azad edəcəyik" Məlumata görə, İtaliya, Fransa və Yunanıstan Avropa İttifaqının Aspides hərbi-dəniz missiyası çərçivəsində hərbi gəmilərini Qırmızı dənizdə yerləşdiriblər. Ancaq hələ ki heç bir Avropa donanması münaqişənin kəskinləşməsi qorxusu səbəbi ilə gəmiləri boğazdan müşayiət etməyə hazır deyil Qeyd edək ki, EUNAVFOR Aspides Avropa İttifaqının 2024-cü ilin fevralında ticarət gəmilərini Yəməndəki husilərin hücumlarından qorumaq üçün başladılmış Qırmızı dənizdəki müdafiə hərbi-dəniz missiyasıdır. Missiya gəmiçiliyin təhlükəsizliyini təmin, gəmiləri müşayiət edir. Ancaq Yəmən ərazisinə zərbələr endirmir. Əməliyyatda Süveyş kanalı vasitəsilə ticarət trafikinin 40%-ə qədərinin qorunmasını təmin edən Aİ ölkələrinin gəmiləri iştirak edir Aspides missiyasının məqsədi Qırmızı dənizdə, Bab-əl-Məndəb və Hörmüz boğazlarında kommersiya gəmilərinin hücumlardan qorunması, gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsidir. Fransa və Almaniya daxil olmaqla Aİ-nin başqa üzvləri də bu missiyanın iştirakçılarıdır Fəaliyyətə bağladığı vaxtdan missiyanın gəmiləri onlarla gəmini müşayiət etmiş, pilotsuz uçuş aparatlarını və raketləri zərərsizləşdirib. Bununla belə tam təhlükəsizlik üçün daha çox resurs tələb olunur Xarici media bildirib ki, Avropanın bir neçə ölkəsi Tehranla gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidini təmin edəcək sazişin bağlanması barədə ilkin danışıqlara başlayıb. "Financial Times" bu sırada Fransa və İtaliyanın adını hallandırır. Rəsmi Roma isə bu barədə məlumatı təkzib, Paris isə şərh verməkdən imtina edib Donald Tramp onu da əlavə edib ki, ölkəsi məcbur olmasa da, NATO-ya Ukrayna məsələsində kömək edib: "Bizim onlara Ukrayna ilə bağlı kömək etməyimiz mütləq deyildi. Ukrayna bizdən minlərlə mil uzaqdadır... Amma biz onlara (NATO-nu nəzərdə tutur-red.) kömək etdik. İndi görək, onlar bizə kömək edəcəklər? Çünki mən çoxdan deyirəm ki, biz onların yanında olacağıq, amma onların bizim yanımızda olacaqlarına əmin deyiləm" Donald Trampın bu açıqlaması Alyansı qətiyyətsizlikdə ittiham etməsi anlamına gəlir ABŞ Prezidenti vurğulayıb ki, ölkəsi tələblərini ödəmək üçün boğazın imkanlarından bir-iki faiz istifadə edir. Nümunə olaraq, Çin neft ehtiyacının 90 faizini Hörmüz boğazından alır Yeri gəlmişkən Donald Tramp Pekinə də xəbərdarlıq edib. Bildirib ki, boğazdan maneəsiz naviqasiyanı təmin etməyə köməklik göstərməzsə, mart ayının sonunda ÇXR sədri Si Cinpinlə görüşü təxirə sala bilər. O vurğulayıb ki, Ştatlarda fərqli olaraq, Avropa və Çin körfəzdən gələn neftdən əhəmiyyətli dərəcədə asılıdır Ancaq Ukraynadakı müharibəyə görə Rusiya neftinə sanksiyanın tətbiq edilməsi ABŞ-nin NATO və Avropa İttifaqındakı müttəfiqlərinə problem yaradıb "Financial Times" və "Guardian" müharibənin başlanğıcından Rusiyanın İrandakı gəlirlərini qiymətləndiriblər. Nəşr bildirib ki, Yaxın Şərqdəki gərginliyin fonunda Rusiyanın neft ixracından gəlirləri gündə 150 mln dollara qədər təşkil edir Belə bir şəraitdə ABŞ-nin Avropadakı müttəfiqləri bu istiqamətdə ağır vəziyyətlə üzləşir. Bəzi mənbələrin iddiasına əsasən, Aİ və NATO üzvü olan bir sıra ölkələr RF ilə neft tədarükünə dair sazişi bərpa etməyə hazırlaşır Belə qənaətə gəlmək olar ki, Aİ ölkələri və Alyans üzvləri İrana qarşı hərbi əməliyyatın daha çox ABŞ-yə aid olduğunu düşünür Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın açıqlamasından da hiss etmək olar. O, Aİ ölkələrini Yaxın Şərqə görə Ukraynadan yayınmamağa çağırıb. Kaya Kallas gəmilərin Hörmüz boğazından sərbəst keçidinin təmin edilməsini son dərəcə vacib saysa da, bundan daha çox Rusiyanın qazandığını vurğulayıb: "ABŞ-nin Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaların yumşaldılması arzuolunmaz presedent yarada bilər. Çünki indiki vəziyyətdə Rusiyanın müharibəni davam etdirmək üçün maliyyə resurslarını məhdudlaşdırmaq vacibdir. Hörmüz boğazının bağlanması da Rusiyanın xeyrinə olmaqla ona bu müharibəni maliyyələşdirməyə imkan verir" Əslində, Donald Trampın çağırışı Aİ və NATO-nun Ukrayna ilə bağlı maraqlarına uyğundur. Çünki Hörmüz açılacağı halda RF neftinə embarqo qüvvədə qalar, bu da onun maliyyə vəziyyətinə mənfi təsir göstərər, yaxud onu "qara bazardan", yaxud kölgə donanmasından asılı vəziyyətdə saxlayar Böyük Britaniyanın Baş naziri Kir Starmer Donald Trampın Birləşmiş Krallığın hərbi gəmilərini Hörmüz boğazına göndərmək tələbindən imtina edib. Fransa, Almaniya və Cənubi Koreya isə buna hazır olmadıqlarını bildiriblər Britaniyanın energetika naziri Ed Milibend hökumətin boğazla bağlı intensiv şəkildə araşdırma aparıldığı bildirsə də, qəti öhdəliklər götürməkdən imtina etdiklərini qeyd edib Britaniya dəniz minalarının axtarışı üçün pilotsuz aparatların göndərilməsi imkanı nəzərdən keçirsə də, hərbi gəmiləri boğaza göndərməyə hazır deyil Yaponiya və Avstraliya da gəmilərin Hörmüz boğazından keçidini müşayiət etmək üçün Yaxın Şərqə hərbi-dəniz gəmiləri göndərməyi planlaşdırmadıqlarını bildiriblər Avropa və Asiyadakı müttəfiqlərinin Donald Trampın çağırışına müsbət cavab verməməsi ABŞ-nin gələcəkdə bu istiqamətdə də mühüm addımlara atacağını ehtimal etməyə əsas verir Belə qənaətə gəlmək olar ki, NATO-dakı müttəfiqləri və Aİ üzvləri müəyyən mənada yaranmış vəziyyətdən istifadə edərək, Donald Trampa və administrasiyasına müəyyən mənada təzyiq edirlər Çünki ötən illərdə o, Avropa İttifaqını və Şimali Alyansdakı müttəfiqlərini zəif olduqlarına görə tənqid etmişdi. NATO-çulardan isə üzvlük haqqının artırılmasını istəmişdi Qərbdəki müttəfiqləri Yaxın Şərqdəki vəziyyətlə bağlı ABŞ-ni həm də imtahana çəkirlər. Belə ehtimal etmək olar ki, ABŞ-yə güclərini göstərərək, onlarsız uğurun mümkünsüzlüyünü göstərirlər. Çünki Qərb bloku Avropa İttifaqı, NATO və ABŞ ilə birlikdə daha güclü olur. Onların arasında istənilən şəkildə anlaşılmazlıq, qərarsızlıq münasibətlərdə problem yarada bilər. Onu da düşünmək olar ki, Ştatlar Yaxın Şərqdəki vəziyyətdən qalib çıxarsa, Qərbdəki müttəfiqlərinə münasibəti də dəyişəcək Ancaq ABŞ müttəfiqlərini region sərvətləri ilə bağlı özünə şərik edərsə, fərqli şəraitdə yarana bilər Bu baxımdan, bir müddət sonra NATO və Avropa İttifaqının Donald Trampın çağırışını müsbət qarşılayacaqları ehtimalı az deyil. Xüsusən Rusiyanın təhdidləri fonunda bu addımın atılacağı daha çox gözləniləndir Odur ki, yaranmış indiki vəziyyətdə Hörmüz boğazı ABŞ-NATO münasibətlərində barometr rolunda çıxış edir Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir