ABŞ-da sinaqoqa hücum edən şəxs öldürüldü - Video/Yeniləndi
ABŞ-ın Miçiqan ştatında sinaqoqa hücum etməkdə şübhəli bilinən şəxs öldürülüb Publika.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi mənbəyə istinad məlumat yayıb Şübhəlinin kimliyi və ölümünün təfərrüatları barədə məlumat verilmir; həmçinin hücum nəticəsində xəsarət alanlar və y

ABŞ-ın Miçiqan ştatında sinaqoqa hücum etməkdə şübhəli bilinən şəxs öldürülüb Publika.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi mənbəyə istinad məlumat yayıb Şübhəlinin kimliyi və ölümünün təfərrüatları barədə məlumat verilmir; həmçinin hücum nəticəsində xəsarət alanlar və ya ölənlər barədə hələlik rəsmi açıqlama yoxdur Qeyd edək ki, martın 12-də naməlum şəxs yük avtomobiliniə Vest-Blumfild şəhərində yerləşən sinaqoq binasına çırpıb və atəş açıb. Hadisə ilə əlaqədar vətəndaşlardan əraziyə yaxınlaşmamaq xahiş olunub ABŞ-ın Miçiqan ştatındakı sinaqoqda atışma baş verib Publika.az xəbər verir ki, bu barədə yerli polis hadisə ilə bağlı “X” sosial media səhifəsində dərc olunmuş açıqlamada məlumat verib "Aktiv atışma: 12 mart, saat 12:30 (Bakı vaxtı ilə saat 20:30)", - deyə mətndə bildirilir Fövqəladə halın İsrail Məbədində - Sinaqoqda baş verdiyi bildirilir “Click On Detroit”in məlumatına görə, naməlum şəxs yük maşını ilə qəsdən sinaqoqa çırpılıb və hadisə yerində yanğın baş verib. Oakland dairəsinin şerifi Maykl Buşarın sözlərinə görə, ən azı bir nəfər məbədə girib, təhlükəsizlik işçiləri tərəfindən görülüb və atəş açıb "Orada başqa kiminsə olub-olmadığını araşdırırıq", - deyə o vurğulayıb Your browser doesn't support video. Please download the file: video/mp4 Hadisədən sonra ictimaiyyətdən hadisə yerindən uzaq durmaları xahiş edilib. Hazırda xəsarət alanlar barədə məlumat verilməyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hücumçunun özünün də xəsarət almış ola biləcəyini dəqiqləşdiriblər "Biz bu adamı saxlamadıq", - Buşar xəbərdarlıq edib Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel “X” sosial media saytında agentliyin əməkdaşlarının fövqəladə hal baş verən yerdə olduğunu yazıb Qeyd edilib ki, Temple Israel, Reform Yəhudi sinaqoqudur. Burada uşaq bağçası fəaliyyət göstərir NASA Aya səyahət missiyasına hazır olduğunu açıqladı Trampdan İran açıqlaması - “Çox ağır bədəl ödəyirlər” Trampın münaqişəsinə son qoymaq planı - Hadisələr necə cərəyan edə bilər? Müctəba Xamenei xalqa müraciət etdi ABŞ ordusunu sarsıdan oğurluq: Kəşfiyyat dronları yoxa çıxdı ABŞ-da müharibə təşvişi: Tramp İrana qarşı “məhbus ordusu” qurur “Shahed”in Amerika klonu İraqda peyda oldu - Video “Mələk” bu dəfə çiçək bağçasında bikini ilə poza verdi - Foto İlham Əliyevin adı dünyanın ən nüfuzlu liderlərinin siyahısında Günün ulduz falı - Bu işıq bəzən zəif görünür ABŞ-da sinaqoqa hücum edən şəxs öldürüldü - Video/Yeniləndi Həkimə 300 dəfədən artıq müraciət edən QADIN ÖLDÜ Ağadadaş Ağayevin qızı ilə bağlı üzücü xəbər - “Onu itirə bilərəm” Məşhur aktrisanın ən pis öpüşü - Ağız qoxusuna dözə bilməyib