Ağ Ev: Trampın Çin səfəri təxirə salınsa, yeni tarix tezliklə açıqlanacaq
ABŞ və Çin liderlərinin görüşünün təhlükə altında olduğunu düşünmürəm, amma təxirə salınma ehtimalı böyükdür AZƏRTAC-ın məlumatına görə, bu sözləri Ağ Evin mətbuat katibi Kerolayn Livit deyib Onun sözlərinə görə, Çin Sədri Si Cinpin Donald Trampı qonaq etməkdən və eynilə ABŞ Prezidenti çinli həmka

ABŞ və Çin liderlərinin görüşünün təhlükə altında olduğunu düşünmürəm, amma təxirə salınma ehtimalı böyükdür AZƏRTAC-ın məlumatına görə, bu sözləri Ağ Evin mətbuat katibi Kerolayn Livit deyib Onun sözlərinə görə, Çin Sədri Si Cinpin Donald Trampı qonaq etməkdən və eynilə ABŞ Prezidenti çinli həmkarını Ağ Evdə görməkdən olduqca məmnun olar “Səfər təxirə salınsa, biz yeni tarixi tezliklə açıqlayacağıq. Əslində bu, tamamilə vaxt məsələsidir. Təbii ki, ABŞ Prezidenti ali baş komandan kimi günün 24 saatı “Epik qəzəb” əməliyyatının uğurla davam etdiyinə əmin olmaq istəyir. Ona görə də biz yeni tarixi tezliklə elan etməyi səbirsizliklə gözləyirik”, - deyə o əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır