Tenqri
Ana Sayfa
Dünya

Auditorlar Palatası: Ötən il təsərrüfat subyektləri ilə 152 milyon manat məbləğində müqavilə bağlanıb

Auditorlar Palatası Şurasının növbəti iclası keçirilib. Palatadan AZƏRTAC-a bildirilib ki, iclasda Auditorlar Palatasının 2025-ci il üzrə fəaliyyətinin yekunlarına dair hesabatı, maliyyə hesabatlarına dair müstəqil auditorun hesabatı, audit bazarında haqsız rəqabətin vəziyyəti, “Auditor təşkilatlar

yaklaşık 17 saat önce0 görüntülemeazertag.az
Auditorlar Palatası: Ötən il təsərrüfat subyektləri ilə 152 milyon manat məbləğində müqavilə bağlanıb
Paylaş:

Auditorlar Palatası Şurasının növbəti iclası keçirilib. Palatadan AZƏRTAC-a bildirilib ki, iclasda Auditorlar Palatasının 2025-ci il üzrə fəaliyyətinin yekunlarına dair hesabatı, maliyyə hesabatlarına dair müstəqil auditorun hesabatı, audit bazarında haqsız rəqabətin vəziyyəti, “Auditor təşkilatlarında daxili nəzarətin təşkili və həyata keçirilməsinə dair nümunəvi Qaydalar”, həmçinin auditor adı almaq üçün imtahan qaydaları və təkmilləşdirilmiş imtahan proqramı ilə bağlı məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. Auditorlar Palatasının 2025-ci il üzrə fəaliyyətinin yekunlarına dair hesabatında palatanın təsdiq edilmiş iş planına uyğun olaraq, auditor fəaliyyətinin təşkili və tənzimlənməsi, dövlət proqramlarının icrasında iştirak, beynəlxalq audit standartlarının tətbiqi, auditin keyfiyyətinə kənar nəzarət mexanizmlərinin həyata keçirilməsi, Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin tələblərinə əməl olunmasının təmin edilməsi, etik pozuntuların aradan qaldırılması istiqamətində tədbirlər, şəffaflığın gücləndirilməsi, kadr hazırlığı, beynəlxalq əməkdaşlıq, elmi-metodiki fəaliyyət, konfrans və seminarların təşkili, eləcə də informasiya təhlükəsizliyi, audit prosesində rəqəmsal texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi, məlumatların analitik emalı və süni intellekt alətlərinin tətbiqi istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətlərində görülmüş işlər əksini tapıb. Hesabat dövründə ƏL/TMM sahəsində fəaliyyətin gücləndirilməsi, ötən ilin may ayında ölkəmizin müvafiq dövlət qurumlarının nümayəndələrinin, habelə İsrail, Pakistan və Latviyanın audit və mühasibatlıq qurumlarının rəhbərlərinin və mütəxəssislərinin iştirakı ilə Bakıda “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktik konfrans çərçivəsində beynəlxalq təcrübənin öyrənilməsi və institusional əməkdaşlığın gücləndirilməsi imkanları vurğulanıb. Qlobal iqtisadi gündəmdə mühüm yer tutan dayanıqlı inkişaf və qeyri-maliyyə hesabatlılığı sahəsində beynəlxalq yanaşmaların öyrənilməsi və müvafiq metodoloji bazanın formalaşdırılması istiqamətində işlərin davam etdiyi bildirilib. Auditor təşkilatlarının və sərbəst auditorların 2025-ci ilin yekunları üzrə təqdim etdikləri hesabatların təhlili göstərib ki, 2025-ci il ərzində 201 auditor təşkilatı və 66 sərbəst auditor tərəfindən təsərrüfat subyektləri ilə ümumilikdə 152 milyon manat məbləğində 7815 müqavilə bağlanıb. Bu göstəricilər ölkədə auditor xidmətlərinin əhatə dairəsinin genişləndiyini və maliyyə şəffaflığının təmin olunmasına marağın artdığını göstərir. İclasda, həmçinin Azərbaycan Respublikası Auditorlar Palatasının 31 dekabr 2025-ci il tarixinə maliyyə hesabatları və müstəqil auditorun hesabatı müzakirə edilib. Daha sonra auditor xidməti bazarında haqsız rəqabətin vəziyyətinə dair hesabat müzakirə olunub. Şura üzvləri tərəfindən bildirilib ki, auditor fəaliyyətində sağlam rəqabət mühitinin qorunması, peşə etikası normalarına riayət olunması və xidmətlərin keyfiyyətinin təmin edilməsi auditor peşəsinin nüfuzunun qorunması və inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. İclasda müzakirə olunan digər mühüm məsələ “Auditor təşkilatlarında daxili nəzarətin təşkili və həyata keçirilməsinə dair nümunəvi Qaydalar” olub. Qeyd edilib ki, bu sənəd auditor təşkilatlarında keyfiyyətin idarə olunması sistemlərinin təkmilləşdirilməsinə, beynəlxalq standartlara uyğun daxili nəzarət mexanizmlərinin tətbiqinə və auditor xidmətlərinin etibarlılığının artırılmasına yönəlib. Bununla yanaşı, auditor adı almaq üçün imtahan qaydaları və imtahan proqramı ilə bağlı məsələlər də müzakirə edilib. 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.